Haqqun-nası ancaq tövbə etməklə aradan qaldırmaq olarmı?


Haqqun-nası iki dəstəyə bölürlər: mali və qeyri-mali. Yəni, bir insan başqasının malına və ya canına, abırına xətər yetirərsə, bu, haqqun-nas deməkdir.

Bəs haqqun-nası ancaq tövbə etməklə aradan qaldırmaq olarmı?


Hər bir haqqun-nas əslində Haqqullahdır. Səbəbi də budur ki, o zaman ki, insan qeybət edər, həm başqalarının abırını aradan aparar və həm də İlahi əmrə itaətsizlik etmiş olar.

Ona görə də hər kimin boynunda haqqun-nas olar, deməli həm də Haqqullah vardır. Burada sadəcə tövbə etmək yardım etməz. Günahkar ziyan vurduğu müsəlmandan halallıq almalıdır. Vurduğu ziyanı aradan qaldırmalıdır. Əgər vurduğu ziyan maddi olarsa, onun əvəzini verməyə çalışmalıdır və tövbə etməlidir. Əgər kiminsə abırını aparıbdırsa, onda da sadəcə tövbə etmək kifayət etməz, gərək həmin insandan halallıq alsın.

Bəzən elə olur ki, insan qarşı tərəfdən halallıq almağa qadir olmur. Yəni, həmin şəxsin kim olduğunu bilməz. Əgər kimliyini bilirsə də, harada olduğundan xəbərsiz olar. Bu zaman Allah Öz bəndəsi üçün yol açar və onu bu bəladan xilas edər. Belə ki, əgər kiminsə malını zay edibdirsə, təqlid mərcəsinin icazəsi ilə həmin malı sədəqə verə bilər.


Bəzən insanlardan halallıq almaq fəsada səbəb olur. Misal üçün, əgər kiminsə qeybətini edibdirsə, əgər ondan halallıq alsa, həmin şəxsin kin-küdurətinə düçar olar. Həmin şəxs onunla əlaqəsini kəsər.

Dinimiz buyurur ki, əgər halallıq almağınız fəsada səbəb olarsa, onda həmin şəxsə görə də tövbə edin. Allahdan onun üçün bağışlanma istəyin. (Beytutə)


Beləliklə deyə bilərik ki, haqqun-nas əgər qeyri-maddidirsə onda da sadəcə tövbə etmək kifayət etməz. Tövbə ilə yanaşı, həmin şəxsdən halallıq da almalıdır. Əgər halallıq alması fəsada səbəb olarsa, yalnız bu halda həmin şəxsə görə tövbə etməli, istiğfar diləməlidir.


Əgər insan birinə maddi ziyan vurubdursa, onunla halallaşmalıdır. Əgər üzbəüz halallaşmaq çətindirsə, o malı tanınmamış şəxs kimi onun hesabına köçürtməlidir və ya üçüncü şəxs ki, günahkarı tanımır və qarşı tərəfin dostlarındandır, ona verilsin ki, həmin şəxsə çatdırsın. Bununla yanaşı tövbə də etməlidir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter