İmam Hüseynin (ə) ziyarətinin misilsiz fəzilətləri haqda məsumlardan hədis?!
İmam Sadiq (ə) İmam Hüseynin (ə) ziyarətinin fəzilətlərini bəyan etmişdir ki, onlara nəzər salaq.
İmam Sadiq (ə), Hüseyn adlı bir nəfərə buyurur: “Ey Hüseyn! O kəs ki, evindən bayıra çıxar və niyyəti İmam Hüseyni (ə) ziyarət etmək olarsa, əgər piyada getsə Mənnan Allah atdığı hər addıma görə ona bir həsənə yazar, bir günahını məhv edər o zamana qədər ki, hərəmə çatar.
O şərif məkana çatandan sonra Allah Təala onu təqvalılardan qərar verər. O zaman ki, ziyarətin əməlləri sona çatar, bu zaman onu faizinlərdən hesab edər. O zaman ki, qayıtmağı iradə edər, bu zaman mələk onun yanına gələr və deyər: “Allahın Rəsulu (s) sənə salam söyləyir və buyurur: “Əməllərini başdan başla! Bütün keçmiş günahların bağışlanmışdır”””.
Bəşir Dəhhan nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “O kəs ki, Həzrət İmam Hüseynin (ə) ziyarətinə gedər, ailəsindən ayrıldığı zamandan ilk atdığı addıma qədər olan vaxtda bütün günahları bağışlanar. Sonra atdığı hər addıma görə təriflənər o zamana qədər ki, qəbrə çatar. O zaman ki, ora çatar, Allah Təala onu çağırar və onunla münacat edib, deyər:
“Mənim bəndəm! Məndən istə ki, sənə əta edim.
Məni çağır ki, yerinə yetirim.
Məndən tələb et ki, sənə verim.
Mənə hacətini söylə ki, rəva edim”””.
Əli ibni Məymun nəql edir: “İmam Sadiq (ə) buyurmuşdur: “Ey Əli! Hüseynin (ə) qəbrini ziyarət et və tərk etmə”.
Həmin şəxs soruşur: “O Həzrəti (ə) ziyarət edən kəsin savabı nədir?”.
Həzrət (ə) buyurur: “Hər kim piyada halda ziyarət edər – Allah atdığı hər addıma görə onun üçün bir həsənə yazar və bir günahını bağışlayar. Onu bir dərəcə yüksəldər.
O zaman ki, ziyarətə çatar, Allah Təala iki mələyi ona hakim edər ki, ağzından çıxan hər bir xeyir sözü yazsınlar və şər sözləri yazmasınlar.
O zaman ki, qayıdar, onunla vidalaşar və ona deyərlər: “Ey Allahın bəndəsi! Günahların bağışlandı və sən Allahın ordusundan, Peyğəmbərin (s) ordusundan və Əhli-Beytin (ə) ordusundan hesab olunursan. Allah heç bir zaman gözlərini cəhənnəm atəşinə açmaz”. Atəş də onu heç bir zaman görməyəcəkdir”. /Deyerler.