İmam Hüseynin (ə) şəhadətindən sonra Zülcinahın aqibəti necə oldu?
Bir çox heyvanlarda belə bir xüsusiyyət vardır ki, sahibinə vəfadar olarlar. Xüsusilə də sahibi ona sevgi göstərərsə, bu sifəti daha çox şiddətlənər. Sahibinin mərhəməti hər nə qədər güclü olarsa, heyvanda ülfət hissi daha çox güclənər.
Hələ maşınlar icad olmazdan əvvəl insanlar heyvanlarla səfərə çıxardılar. Ona görə də o zamanda heyvanla rabitə daha güclü idi.
Misal üçün, o at ki, bütün günü sahibi ilədir və ondan sevgi görürsə, o, sahibini heç bir zaman tərk etməz.
Bu sifətlər İmam Hüseynin (ə) atı Zülcinahda da mövcud idi.
Zülcinah əslində Peyğəmbərin (s) atı olmuşdur. O zaman ki, İmam Hüseyni (ə) yaralayırlar, Zülcinah bunu başa düşür və aşağı əyilir ki, sahibi ona minə bilsin.
Tarixçilərin nəql etdiyinə görə, bu vəfalı at qarşısına çıxan düşmənlərinə təpik atır və onları İmama (ə) yaxınlaşmağa qoymurdu. Onların çoxunu həlak etmişdi. İmam Hüseyn (ə) şəhid olandan sonra, Zülcinah qanlı halda xeymələrə tərəfə gəlir. Ürək yanan kükrəməsi ilə İmamın (ə) şəhadət xəbərini verir.
Bəs bu vəfalı atın aqibəti necə oldu?
Tarixin nəql etdiyinə görə iki varinat vardır. Biri budur ki, at xeymələrin kənarında başını o qədər torpağa sürtdü ki, can verdi və öldü.
Bəzilərinin nəql etdiyinə görə isə, Aşura hadisəsindən sonra bu at itir və bu hadisədən sonra heç kəs onu görmür. /Deyerler.