İnsan hansı yolla qəlbini ilahi məhəbbətlə işıqlandıra bilər?
Hər bir məhəbbət insana verilən ne`mət və ona göstərilən xidmətə diqqətdən asılıdır. İnsan Allahın ne`mətlərini düşündükcə Ona sevgisi artır.
Külək, yağış, günəş, dağlar, çəmənlər, qidalar, ailə, övlad, əql, elm, dil, göz, qulaq, gecə, gündüz, ayıqlıq, yuxu, azadlıq, seçim imkanı, yaxşılığa meyl, pisliyə nifrət insan ömrünü iflic vəziyyətdən çıxaran ümumi ne`mətlərdir. Bilirsinizmi iki-üç gün susuz, yuxusuz, ac qalan insan nə vəziyyətə düşür?!
Hər bir fərdə əta olunmuş özünəməxsus iste`dadlar Allahın xüsusi ne`mətlərindəndir. İnsan öz varlığını diqqətlə nəzərdən keçirsə, kimsədə olmayan xüsusiyyətlərlə rastlaşar.
Bəli, ne`mətləri düşünmək insanın qəlbini ilahi eşqlə doldurur, onu Allah qarşısında səcdəyə vadar edir. Bütün bunları nəzərə alaraq Qur`an ilahi ne`mətlər barədə düşünməyi tapşırır. (“Əraf”, 69.)