Azanın fəlsəfəsi barədə İmam Rzanın (ə) mübarək açıqlaması


Azan namaz zamanı bir növ şüar rolunu oynayır.

İmam Rzadan (ə) soruşurlar ki, azanın fəlsəfəsi nədir? İmam (ə) buyurur: “İnsanların azan deməyə vəzifələndirilməklərinin bir çox dəlilləri vardır. O cümlədən:

Unudanın yadına salsın.

Qafilləri ayıltsın.

Vaxtla tanış olmayanı, peşəsi ilə məşğul olanı, namazın fikrindən xəbərsiz olanı xəbərdarlıq edər və vaxtı tanıdar.

Azan deyən şəxs dediyi azan ilə bəndələri Allahın ibadətinə və pərətişinə çağırar.

İbadəti yerinə yetirmək üçün təşviq edəndir.

Cəlal və Əla Allahın vahid olmasını etiraf edər, imanı aşkara çıxardar, salamı zahir və əyan edər.

kəslər ki, şəhadəti və namazı unudublar, azan deyən yadlarına salar.

Azan deyəni ona görə muəzzin adlandırırlar ki, azan vasitəsilə insanlara elan edir ki, namaz qılsınlar.

Ona görə də azan təkbir ilə başlayır və təhlil (“Lə iləhə illəllah”) ilə sona çatır ki, Allah Təala iradə buyurmuşdur ki, Onun adı ilə başlanılsın.

Allahın adı təkbirdə ilk kəlmədir və “Lə iləhə illəllah” isə son kəlmədir.

Azan iki dəfə, iki dəfə təyin edilmişdir ki, eşidənlərin qulağında hər dəfə təkrar olsun, onlar üçün təkid olsun. Əgər kimsə ilk kəlmədən xəbərsiz qalırsa və unudursa, ikinci kəlmədən xəbərsiz qalmaz və unutmaz. Həm də ona görədir ki, namazın əsli iki rükət-iki rükətdir. Ona görə də azan da iki dəfə, iki dəfə təyin edilmişdir.

Təkbir azanın əvvəlində dörd dəfə təkrar olunur. Çünki azan əvvəldə zehni, qəlbi hazırlıq olmadan başlayar. Ondan əvvəl kəlam deyilməyibdir ki, qulaq asanı agah etsin. Qulaq asanları azanın qalan hissələrini dinləmək üçün hazırlayar.

Təkbirlərdən sonra şəhadətlər qərar tutur, çünki imanın ilk mərhələsi həmin tövhid və Allah Təalanın yeganə olmasına etiraf etməkdir.

İkinci, risalət və Peyğəmbərin (s) rəsul olmasına etiraf etməkdir. Allaha və Rəsuluna itaət etmək, bu ikisini tanımaq və mərifət əldə etmək davamlı olaraq bir-birilədir. (O kəs ki, Peyğəmbərə (s) itaət etməz – Allaha da itaət etməmiş olar). Çünki imanın əsli həmin iki şəhadətdir.

İki şəhadətdən sonra müsəlman namaza dəvət olunur. Çünki azan bunun üçün təyin edilmişdir ki, müsəlmanları namaza çağırsın.



Əlbəttə “heyyilat” (“heyyə əla”) azanın ortasında ona görə təyin edilibdir ki, insanları yaxşı əməllər yerinə yetirməyə dəvət edib, təşviq edər.

Nəhayət azan Əzz və Cəll Allahın adı ilə sona çatar, necə ki, Onun müqəddəs adı ilə başlamışdır”./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter