Cümə namazında iştirak etmək haqda Hz Peyğəmbər (s) nə buyurmuşdur?!


Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: “Ya Rəsulallah! Mən dəfələrlə həccə hazırlaşmışam, ancaq bu tövfiq mənə nəsib olmayıbdır”. Həzrət (s) buyurur:“Cümə namazı – yoxsulların həccidir”.

Bəs cümə namazının fəlsəfəsi nədir?

Cümə namazı hər şeydən əvvəl camaatla bir yerdə qılınan namazdır. İbadət insanın ruh və canını lətif edər, ürəyini günahlardan yuyar və qəlbində olan pası təmizləyər. Cümə namazı həcc əməlindən sonra böyük cəmiyyətlə yerinə yetirilən bir ibadətdir. Bu ibadətin ictimai və siyasi faydaları vardır.

Cümə namazından əvvəl xətib ölkədə olan siyasi, ictimai, iqtisadi məsələləri insanların nəzərinə çatdırır və bu böyük cəmiyyəti qəflətdən ayıldır. Bundan əlavə, insanları İslam maarifi ilə maarifləndirir. İnsanlar arasında vəhdət və həmrəylik yaranır. Ümumi çətinlikləri həll etmək üçün insanların rəyinə dəyər verilir.

Elə ona görə də İslam düşmənləri həmişə cümə namazından qorxmuşdular. Həzrət Peyğəmbərin (s) qurduğu dövlət, cümə namazlarından çox sayda bəhrə aparmışdır. Ancaq əksinə Bəni-Üməyyə öz qüdrətini məhkəmləndirmək üçün ondan sui-istifadə etmişdir.

Ona görə də dinimiz həmişə cümə namazına xüsusi əhəmiyyət vermişdir. (İslami saytlara istinadən).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter