Mömin, müsibətlə qarşılaşan zaman nə etməlidir?


O kəs ki, müsibətə düçar olmuşdur, edə biləcəyi əməl – səbirdir. Çünki bu İlahi qəza artıq dəyişəsi deyildir.
Səbir ona yardım edər ki, insan bu müsibətlərdən başıuca çıxa bilsin. Dindən və imandan xaric olmasın.

İnsanın başına gələn hər bir müsibət “məhv və isbat” kitabında yazılar. Onu ancaq rəftarını dəyişdirməklə dəyişdirmək olar. Ancaq əgər qəza halına gələrsə, artıq heç bir şey onu dəyişdirə bilməz. Buna görə də tək yol – həmin müsibətə səbir etməkdir.

Hədislərimiz buyurur ki, insan istəsə, ona gələcək müsibətin qarşısını ala bilər. Bunun üçün sədəqə verməli, istiğfar və infaq etməlidir. Bu əməllər – o əməllərdəndir ki, bəlanın qarşısını ala bilər və insanı hər bir müsibətdən qoruyar. (Həvzəh)

Beləliklə, deyə bilərik ki, bizə nazil olan hər hansı bir bəla Allahın hikməti və iradəsi sayəsində baş verər və insan bu bəlaya düçar olmazdan əvvəl, bəzi əməlləri ilə onun qarşısını ala bilər. Ancaq əgər artıq bəlaya düçar olubdursa, onu dəyişdirmək mümkün deyildir. Bu zaman edə biləcəyi ən yaxşı əməl – səbirdir. Səbir edərək Allaha bir daha təsdiq edər ki, imanı kamildir və başına gələnlərin hamısı ya etdiyi günahların nəticəsidir, ya da onun imanını gücləndirmək üçün imtahandır.

Hər iki halda mömin səbir etməli və Allaha təvəkkül etməlidir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter