Kimdən nəyi gözləməyək?! İmam Hadinin (ə) hədisi
İmam Əli (ə) buyurur: “İnsanın ən heyrətli üzvü qəlbidir. Qəlb – hikmət və qeyri-hikmət mənbəyidir. Əgər arzu edərsə, tamah onu xar edər. Əgər tamah baş qaldırarsa, hərislik onu məhv edər. Əgər ümidsizlik ona hakim olarsa, qəm onu öldürər.
Hər bir səhlənkarlıq onun üçün ziyanlıdır. Hər bir həddini aşmaq onun üçün məhvedicidir”. (Avini)
İmam Əli (ə) buyurur: «Dostluq və məhəbbətləri qəlblərdən soruşun. Çünki qəlblər – rüşvət qəbul etməyən şahidlərdir».
İmam Baqir (ə) buyurur: «Qardaşının qəlbində sənə olan məhəbbətini, sənin öz qəlbində ona qarşı olan məhəbbətdən başa düş».
İmam Hadi (ə) buyurur: «İncitdiyin kəsdə səfa-səmimiyyət axtarma və bədbinlik oxun ilə nişan aldığın kəsdən xeyirxahlıq umma. Çünki, sənin qəlbin başqalarına münasibətdə necədirsə, başqalarının da qəlbi sənə qarşı elədir»./Deyerler.