Cümə günündə qılınan xüsusi hacət namazı necə qılınır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim cümə gününün fəzilətini daha yaxşı dərk etmək istəyirsə, zöhrdən əvvəl dörd rükətli namaz qılsın. Hər rükətdə 1 “Həmd” və 14 dəfə “Tövhid” (“İxlas”) surəsini oxusun.



Namazdan ayrılandan sonra tövbə etsin və 70 dəfə istiğfar zikrini söyləsin (“Əstəğfirullahə Rabbi və ətubu iləyh”).


Sonra 50 dəfə təhlili söyləsin (“Lə iləhə illəllah”).


50 dəfə bu zikri desin: “Lə iləhə illəllahu vəhdəhu lə şərikə ləhu”.


50 dəfə bu salavatı desin: “Salləllahu alə nəbiyyil-ummi və Alihi”.


Bu namaz bitəndən sonra Allah həmin bəndəni cəhənnəm atəşindən azad edər və namazına görə onu bağışlayar. Ağzından çıxan hər hərfə görə onun üçün bir həcc və bir ümrənin savabını yazar. Hər hərfə görə behiştdə ona ev verər və peyğəmbərlərlə birlikdə şəhərin bütün məscidlərində namaz qılan bəndələrin savabını əta edər. Bütün şəri hacətləri yerinə yetər”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter