Allahla əlaqənin zəifləməsinə səbəb nədir?
Aqibətin xeyirli olması yəni, insan ömrünün sonuncu səhifəsinin gözəl şəkildə tamamlanması. Çoxları gözəl şəkildə başladılar, lakin sonları xeyir olmadı və pis tamamlandı. Lakin bunların müqabilində bəziləri də pis başladı, lakin sonda xeyirə çatdılar. Bu kimi şəxslərin aqibətlərinin bu cür olacağına heç kim inanmırdı. Qəbrə qədər narahat olacağımız məsələ aqibətimizin necə olacağıdır.
Niyə ilk günlərdə Allahla əlaqəmiz sıx və səmimi olur, lakin getdikcə bu aradan gedir ya da inkişaf etmir? Çünki ilk günlərdə heç nəyimiz yox idi və Allahdan kömək diləyirdik. Lakin vaxt keçdikcə təkəbbürlü olduq. İlk günlər sübh namazına durmaq üçün ondan yardım istəyirdik, lakin indi “özümüz oyanacağıq” deyirik.
Höccətül-islam Darsetani