İmam Huseynin (ə) kəsilmiş başı Aşura gunu Qurandan hansı ayəni oxudu?!


Kəsilmiş başın danışması əslində qeyri-mümkün olan bir şeydir. Ancaq İmam Hüseyn (ə) Allahın xalis bəndəsi olduğu üçün və məzlumcasına şəhid edildiyi üçün, düşmənlərinin zalım olmasını göstərmək üçün Allah ona şəhid olandan sonra da bu kəraməti vermişdir.

Zeyid ibni Ərqəm nəql edir: “O gün ki, şəhidlərin başını küçələrdə gəzdirirdilər, mən bir evin qarşısında əyləşmişdim. İmam Hüseynin (ə) mübarək başını mənim yanımdan aparanda, gördüm ki, İmam Hüseynin (ə) kəsilmiş başı bu ayəni tilavət edirdi: “Yoxsa (yüz illərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən?”. (“Kəhf” 9).

Mən bu ayəni eşidən zaman dedim: “Allaha and olsun ki, ey Peyğəmbər (s) övladı! Sizin kəsilmiş başınız Kəhf səhabələrinin başına gələndən daha heyrətləndiricidir”.

Məhrum Şeyx Cəfər Şuştəri bu hadisə ilə bağlı buyurur: “Belə görünür ki, bu kərim ayənin tilavətində inayət vardır və bu pak baş ona görə də həmin ayəni qiraət edirmiş”.

İmam (ə) bu ayəni tilavət edərək istəyirdi ki, özünün və tərəfdaşlarının əməllərini yada salsın və həmin ayənin aydın nümunələri olduğunu bəyan etsin.

O zaman ki, əsirləri Şama gətirirlər, insanlar bayram edir və şadlandırdılar. Bir ağsaqqal irəli gəlir və İmam Səccadın (ə) qarşısında İmamın (ə) şəhid olmasına və Yezidin (lən) qalib gəlməsinə görə sevincini bildirir. Ona görə də İmam Hüseynin (ə) pak başı bu cahil insanları yuxudan ayıltmaq üçün həmin ayəni tilavət edirdi. Onlara demək istəyirdi ki, ey bədbəxt və biçarə insanlar! O kəslər ki, Kərbəlada şəhid olmuş və başları kəsilmişdir – çox imanlı və səfalı insanlar idilər. Allah Təalaya imanları vardır, onlar Allahın yer üzərindəki xəlifələri idilər./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter