Hz Zeynəb (ə) İmam Hüseynə (ə) aşura müsibəti haqda hansı sualları verdi?!
Həzrət Zeynəbin (s.ə) qardaşı İmam Hüseynin (ə) müsibəti barədə sualları!
-Həzrət Zeynəb (s.ə) sevimli qardaşı İmam Hüseynə (ə) buyurur: “Ey qardaşım! Sənin müsibətin böyükdür, yoxsa Həzrət Adəmin?”.
İmam Hüseyn (ə) cavab verir: “Bacı! Həzrət Adəm (ə) Həvvadan ayrılandan sonra vüsala çatdı, ancaq mən ayrılıqdan sonra şəhadətə çatacağam”.
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibətiniz Həzrət İbrahimin (ə) müsibəti ilə müqayisədə necədir?”.
İmam (ə) buyurur: “Bacı! Atəş İbrahim (ə) üçün gülüstana çevrildi, ancaq mənim döyüş atəşim yandıracaqdır”.
-Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət böyükdür, yoxsa Həzrət Zəkəriyyənin (ə) müsibəti?”.
İmam (ə) buyurur: “Bacı! Zəkəriyyəni (ə) dəfn etdilər, ancaq mənim bədənimi atların ayaqları altında qərar verəcəklər”.
Həzrət Zeynəb (s.ə): “Qardaşım! Sizin müsibət Həzrət Yəhyanın (ə) müsibəti ilə müqayisədə necədir?”.
İmam (ə) buyurur: “Bacı! Baxmayaraq ki, Yəhyanın (ə) başını zülm üzündən kəsdilər, ancaq qohumlarını əsir etmədilər. Ancaq mənim əhli-əyalımı şəhadətimdən sonra əsir edəcəklər”.
Həzrət Zeynəb (s.ə): “Ey qardaşım! Sizin müsibətiniz Həzrət Əyyubun (ə) müsibətinə nisbətdə necədir?”.
İmam (ə) buyurur: “Ey bacı! Əyyubun (ə) yaraları məlhəmi qəbul etdi və yaxşı oldu, ancaq mənim yaralarım yaxşılaşmayacaqdır”. /Deyerler.