İmam Hüseyn (ə) qiyamının təqvimini (tarixi gedişatını) yazın?


İmam Hüseyn (ə) qiyamının təqvimini yazın:

1-Mədinə hakimi Vəlid tərəfindən beyət istənilməsi -Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 27- si, Cümə

2-İmam Hüseyn və Vəlid arasında ikinci görüş - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Şənbə

3-İmamın mədinədən çıxması - Hicri Qəmərinin 60- cı ili, Rəcəb ayının 28- zi, Bazar gecəsi

4-Məkkəyə giriş - Hicri Qəmərinin 60- cı ili, Şəban ayının 3- ü, Cümə gecəsi

5-Məkkədə qalmaq - Hicri Qəmərinin 60- cı ili, Şəban, Ramazan, Şəvval, Zilədə və Zilhəccənin səkkizinci gününədək. Yəni Dörd ay və beş gün.

6-Küfəlilərin ilk məktublarının İmama çatması - Hicri Qəmərinin 60- cı ili, Ramazan ayının 10- u, Çərşənbə

7-Müslimin Məkkədən çıxması - Hicri Qəmərinin 60- cı ili, Ramazanın 15- i,

8-Müslimin Küfəyə girişi - Hicri Qəmərinin 60- cı ili, Şəvvalın 5- i,

9-Müslimin şəhadəti - Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i,

10-İmamın Məkkədən çıxması - Hicri Qəmərinin 60- cı ili, Zilhəccənin 8- i,

11-İmamın Kərbəla diyarına çatması - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü,

12-Ömər ibn Sədin Kərbəlaya girişi - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ü,

13-Ömər ibn Səd tərəfdən ordunun tənzimlənməsi və onun İmam ilə görüşləri - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 3- ündən 6- sınadək,

14-İmamın ordusunun su əldə etməkdən qarşısının alınması - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 7- si

15-İmamın ordusuna ilkin hücumlar - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 9- u

16-Aşura hadisəsi - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 10- u

17-Əsirlərin Kərbəla diyarından köçü - Hicri Qəmərinin 61- ci ili, Məhərrəm ayının 11-i


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter