İmam Hüseyn (ə) unudulmamasının fəlsəfəsi nədir?


Şəhadəti, dərd-qəmi, uşaqlarının əsir düşməsi Allah yolunda olan kimsə, heç vaxt unudulmaz. Әksinə, zaman keçdikcə xalqın İmam Hüseyn əleyhissalama olan sevgisi, məhəbbəti daha da çoxalır və ildən-ilə xalqın o «sadiq inqilabçı»ya olan eşqi daha da artır.

Hüseyn (ə) 56 il davam edən bərəkətli həyatını Allah yolunda və Allaha qovuşmaq üçün həsr etdi və dəfələrlə piyada Allahın evini ziyarət etməyə getdi.

O, namazı, Allaha yalvarmağı, duanı daha çox sevərdi. Hətta ömrünün son gecəsində belə düşmənlərindən Allaha ibadət etməsindən ötrü möhlət istədi. Dostlarından birisi Hüseynin ibadətləri və onun ərəfə duası barəsində belə deyib: «Zilhəccə ayının 10-cu günü Hüseyn (ə) Әrəfatın qızmar çölündə Kəbəyə tərəf dönüb ürəyinin dərinliklərindən bu duanı oxudu:

«Allahım! Səni deyib, Sənin varlığına şahidlik edirəm. Məni Sən yaradıbsan, həmişə qoruyubsan və mənə müxtəlif nemətlərdən ruzi veribsən. İradəsini heç bir şey dəyişə bilməyən və bağışlayıcılığına heç kəs mane ola bilməyən Allaha həmd olsun.

Ey Allah! Ehtiyacsızlığı nəfsimdə və canımda, yəqini könlümdə, ixlası əməlimdə, işığı gözümdə və bəsirəti isə dinimdə qərar ver».

İMAM HÜSEYN (Ə) DOSTLARININ XATİRӘSİNDӘ

Xalqın İmam Hüseynə (ə) bəslədiyi hörmət o həzrətin (ə) xalqla birgə yaşayıb, özünü onlardan ayrı saymadığına görədir. Necə ki, bir gün bir yerdən keçdiyi vaxt, yoxsul adamlardan bir neçəsinin süfrələrini açıb, bir az quru çörəyi yeməklə məşğul olduqlarını gördükdə onların dəvətini qəbul edib süfrələrində əyləşərək kasıblarla birgə duz-çörək kəsməyə başladı və onların xörəyindən yeyə-yeyə belə buyururdu: «Allah xudbin adamları sevmir». Bu və bu kimi yüzlərlə əxlaqi misallar səbəb oldu ki, onun xatirəsi və şəhadəti xalqın yaddaşında əbədi qalsın. Hər il xalqın İmam Hüseynə (ə)olan bağlılığı daha da möhkəmlənir.

İmam Hüseynin (ə) nə sarayı, nə əsgərləri, nə də cürbəcür qulluqçuları var idi. Heç vaxt evinin qapısını, zalım və tağut adamlar kimi, xalqın üzünə bağlamazdı və heç vaxt Peyğəmbərin hərəmini onun üçün boşaltmazdılar.

Әshabından olan bir nəfər onun haqqında belə deyir: İmam Hüseynin kürəyi qabarlı idi. Bunun səbəbini oğlu İmam Zeynül-abidindən soruşduqda o həzrət belə buyurdu: «Atam gecələr dul arvadların, yetim uşaqların və yoxsul ailələrin evlərinə kisə içərisində çörək aparardı. Bu qabarlar da dalına çatdığı həmin kisələrin izidir.»

Alimlərdən birisi Hüseyn (ə) haqqında belə deyir:

«Biz tarixdə yalnız bir insanlıq sifətinə görə səciyyələnən insanlarla qarşılaşırıq; bəzisi şücaət, bəzisi zöhd, bəzisi isə səxavətinə görə. Lakin İmam Hüseyn əleyhissalam bir yaxud bir neçə sifətə görə səciyyəvi şəxsiyyət deyildi. O, bütün üstün sifətlərə malik idi və bütün insani dəyərləri özündə cəmləşdirmişdi». Bəli, belədir Məhəmməd nübuvvətinin varisi;

Әlinin ədalət və igidliyinin varisi;

Fatimənin nəciblik və paklığının varisi.

O, bütün fəzilətlərin, fədakarlıqların simvolu, Allaha sitayiş və ülvi bir şəkildə Onu arzulamağın örnəyidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter