İmam Hüseyn (ə) ilə Həzrət Yəhyanın (ə) hansı 10 oxşar cəhəti vardlr?!


Həzrət Zəkəriyyə (ə) Allaha dua edir ki, ona İmam Hüseyn (ə) kimi bir övlad əta etsin. Allah da ona, ahıl yaşında olmasına baxmayaraq, Həzrət Yəhyanı (ə) verir. Yəhyanın (ə) da sonradan İmam Hüseyn (ə) kimi başını kəsib, şəhid edirlər.



Əgər bu müqəddəs insanların həyatına nəzər salsaq, görərik ki, aralarında çox oxşarlıqlar vardır. O cümlədən:



1. Allah Zəkəriyyəyə (ə) Yəhyanın doğulacağı müjdəsini verir. Həmçinin Allah Həzrət Muhəmmədə (s) İmam Hüseynin (ə) dünyaya gələcəyi müjdəsini vermişdir. Cəbrayil Muhəmmədə (s) buyurmuşdur: “Allah sənə Fatimədən (s.ə) doğulacaq körpənin müjdəsini verir”.



2. Hər iki dahi insan 6 aylıq olan zaman dünyaya gəlmişdilər.
3. Hər ikisinin adını Allah qoymuşdur.

4. Hər ikisi süd içməmişdir.
5. Hər ikisinin alnı parıldayardı.



6. Hər ikisi ömürləri boyu şad olmamışdılar. Nə zaman şad olsa idilər, onları qəm və qüssə ələ alardı.
7. Həm Yəhya (ə) üçün və həm də İmam Hüseyn (ə) üçün səma ağlamışdır.


8. Hər ikisinin başı kəsiləndən sonra danışmışdır. Yəhyanın (ə) başı padşaha demişdir: “Allahdan qorx”. İmam Hüseynin (ə) mübarək başının dediklərini isə tarix bizlərə dəfələrlə xəbər vermişdir.


9. Hər ikisini də səbir halında şəhid etmişdilər.
10. Həzrət Muhəmməd (s) buyurur: “Cəhənnəmdə bir mənzil vardır ki, hər kəs ona layiq deyildir. Məgər Yəhyanın (ə) və İmam Hüseynin (ə) qatilindən başqa”.-Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter