Cərcis peyğəmbərin (ə) kafir əmirə (başçıya) cavabı nə oldu?!
Hədislərin birində oxuyuruq ki, Cərcis peyğəmbərin (ə) zamanında kafir bir əmir var idi. Qövmü çox fəsad əhli idi. Allah da ona görə yağışı onlara yağdırmırdı. Ona görə də insanların əksər hissəsi ölmüşdü.
O kafir əmir ayağa qalxır və ordusunu toplayır. Ordusu ilə birlikdə Cərcisin qapısına gəlir. Cərcisə xəbər verirlər ki, bəs bu kafir sənin qapına ordu çəkmişdir. O, deyir: “Ey Cəbrayil! Allah Təalanın xəbəri vardırmı ki, bu kafir nə deyir?”.
Həzrət Cəbrayil (ə) gedir və qayıdır. Sonra deyir: “Ey Cərcis! Allah buyurur ki, de: “Mən zəif və acizəm, Allah isə qadir və güclü. Allahı incitməyə qüdrətləri çatarmı?””.
Cərcis Allahın müraciətini onlara çatdırır, kafir deyir: “Düz deyirsən. Mən aciz və zəifəm və onu incitməyə qüdrətim çatmaz. Ancaq onun dostlarını incidə bilərəm. Birinə şallaq vuraram, birini qılınc altından keçirdərəm, birini suya ataram, birini atəşə ataram.
Dostlarını incitsəm, Onu incitmiş olaram”.
Allah Təala Cəbrayili (ə) göndərir ki, Cərcisə xəbər versin ki, yağış göndərəcəyəm. Əmir sarayına geri qayıdır və üç gün və üç gecə yağış yağır. Dördüncü günü günəş çıxır və bitkilər cücərməyə başlayır.
Bir həftə sonra əmir yenə ordusu ilə birlikdə Cərcisin yanına gəlir. Cərcis soruşur: “İndi nə istəyirsən?”.
Əmir deyir: “Ey Allahın peyğəmbəri! Döyüşmək üçün gəlməmişəm. Sülh bağlamaq üçün gəlmişəm. O kəs ki, dostlarına görə belə yaxşılıqlar edər, Onunla sülh bağlayaram ki, Onun dostlarından olum”./Deyerler.