İnsan nə zaman qəzəbli halətdə dünyadan gedər?
Ayətullah Şahabadi buyurur: “Əgər dünya məhəbbəti insan qəlbinin surətinə çevrilərsə və onunla əlaqəsi daha çox olarsa, ölən zaman Allah Təala onu məhbubundan ayırar. Onunla məhbubu arasına ayrılıq salar. Ona görə də dünyadan Allaha qəzəblənmiş halda gedər”.
Mərhum Ayətullah Şahabadinin buyurduğu kimi, dünya sevgisinin təsirlərindən biri budur ki, dünyapərəst insan ölən zaman Allaha qəzəblənmiş halda bu dünyanı tərk edər. O zaman ki, Əzrayil (ə) onun canını almağa gələr, dünyaya aşiq və məftun olduğu üçün ondan ayrıldığına görə qəzəblənər.
Ona görə də hələ ki, fürsət var, dünya sevgisini qəlbimizdən çıxaraq. Xüsusilə də o kəslər ki, öndə gedirlər. Çünki onların əməlləri başqaları üçün örnək və nümunədir. Əgər onlar dünyadan möhkəm yapışsa, ardıcılları da bu cür əməl edəcək və sonda bədbəxt olacaqlar.
Dünya malından və təmtəraqdan çəkinmək lazımdır. Məsumlarımız (ə) kimi sadə yaşamağa meyil edək və başqalarına da bunu tövsiyə edək. Çünki dünya heç bir məhbubuna ziyandan başqasını gətirməmişdir.
“Onlar bu dünya həyatını axirətin bahasına almış kəslərdir. Odur ki, (axirətdə) onların əzabı əsla yüngülləşməyəcək və onlara (heç bir) kömək də olunmayacaqdır”. (“Bəqərə” 86).
Ancaq o kəs ki, Allahın məhbubu olar, həm dünyası olar, həm də axirəti. Dünyadan axirətinə çatmaq üçün istifadə edər və faydalanar. (Həvzəh)
«Ey Rəbbimiz, bizə dünyada da yaxşılıq əta et, axirətdə də yaxşılıq əta et və bizi (Cəhənnəm) odun(un) əzabından qoru». (“Bəqərə” 201)./Deyerler.