Alimlərin 2 dəstəsi. Fərq nədədir? Peyğəmbərin (s) hədisi


Elm təhsili iki cür ola bilər:

1. Bəzən biz Quran ayələrini və hədislərini ona görə öyrənirik ki, gedək onu insanlara danışaq, onları maarifləndirək. Amma əsil niyyət o olur ki, yaxşı minbərimiz olsun və yaxşı xütbə deyə bilək, bu cür tanınaq. İslam dini bu cür elm təhsilini bəyənmir.


2. Elmi əldə etməyin başqa yolu isə budur ki, mərifət əldə etmək üçün həmin elmi öyrənək. Özümüzü tərbiyə etmək, insanları hidayət etmək, dini təbliğ etmək üçün öyrənək. Və maarifləndirməyi sırf Allahın razılığı üçün aparaq.

Dinimiz buyurur ki, əgər dərs öyrənirsənsə, əvvəldən niyyətini xalis et və əvvəldən dərsini yaxşı öyrənməyə çalış. Özünü islah et, təqvalı ol.

Bu zaman tədricən Allahın istədiyi dindar insana çevriləcəksən. Cəmiyyətə xeyir verəcəksən.

O kəs ki, din alimidir və dinin etməli və etməmələrini yaxşı bilir, ancaq bu elminə əməl etmirsə – əzabı çox ağır olar. Çünki adi bir günahkar deyildir. Əslində elə bir günahkardır ki, günahı başqalarını da günah etməyə vadar edir.

Bu səbəbdən elm ardınca olanların çiyninə böyük vəzifə qoyulmuşdur. (Həvzəh)

Deməli, əsas meyar – alimin öz elminə əməl edib-etməməsidir.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Alimlər iki dəstədirlər:

1. O alim ki, öz elminə əməl edər – o, nicat tapmış olar.
2. O alim ki, elmini kənara qoymuşdur ki, o, məhv olar.


Həqiqətən, cəhənnəm əhli elminə əməl etməyən alimin nifrətli iyindən əziyyət çəkər. Cəhənnəm əhlindən ən çox peşman olan və həsrət çəkən o kəsdir ki, bəndəni Allaha tərəf dəvət etmişdir və həmin bəndə cavabını verər və Allaha itaət edər. O, behiştə gələr.

Ancaq o kəs ki, onu dəvət etmişdir, Allaha itaətsizlik edər. Və o, öz elmini kənara qoyduğu üçün, nəfsani istəklərinin ardınca getdiyi üçün cəhənnəmə gələr.

(Həmin şəxs qalan cəhənnəm əhlindən daha çox həsrət çəkər).

Həqiqətən, bədbəxtlik mənbəyi iki şeydir: nəfsinin ardınca getmək və uzun arzulara malik olmaq. Əvvəli insanı haqdan saxlayar və ikincisi axirətini unutmağa səbəb olar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter