Sözü təsirli edən amil hansı məsələyə diqqət yetirməkdədir?!
Din ona görə mövcuddur ki, insanları dünya hədəfindən agah etdiyi kimi, onları mənəviyyata tərəf yönləndirsin.
Əgər insan onun boynuna qoyulan bu vəzifəni yaxşı yerinə yetirməzsə, axirəti və mənəviyyatı insanlara aşılaya bilməyəcəkdir.
Tarixdə oxuyuruq ki, peyğəmbərləri (ə) dini təbliğ etdikləri üçün döyürdülər, daş-qalaq edirdilər, hətta qətl edirdilər. Ancaq buna baxmayaraq, onlar öz vəzifələrini ən gözəl şəkildə yerinə yetirirdilər.
Ona görə də əmr-be-məruf və nəhy-əz-münkər – hamının vəzifəsidir. Din alimləri bu mövzuda daha qabaqcıldırlar. Ancaq əgər din alimi dünyapərəstlik edər və insanları dünya sevgisinə dəvət edərsə, qalan müsəlmanların vəzifəsidir ki, onu bu münkərdən çəkindirsinlər və nəhy etsinlər.
Əgər insan axirətini düşünərsə, dünyadakı yaşayışının təmtərağına çox diqqət etməz. Əksinə, bütün səyi sadə yaşamaq olar. Ancaq əksinə olan zaman insanın bütün səyi ancaq dünya olar və axirəti unudar. (Həvzəh)
Ona görə də Allahın biz insanlara verdiyi söz nemətinin təsiri böyükdür. Əgər din alimlərinin ağzından çıxarsa, daha təsirli olar.
Ancaq bu sözlər gərək Allahın buyurduğu sözlər olsun. Bu halda sözün həqiqi təsiri olacaqdır. Sözü həqiqi mənada təsirli edən amil – onun İlahi səciyyəyə malik olmasıdır.
Əlbəttə ki, müxtəlif şər insanlar, mənfi xislətli fərdlər də topluma təsir edə, kütləni ardınca apara bilirlər. Amma bu halda təsir – insanları həlakətə aparan, yanlış ünvanlara yönəldəndir.
Əgər dünya və axirət xeyrindən söhbət gedirsə, sözün bazasında Allahın razılığı durmalıdır. /Deyerler.