Təqlİd nədİr?
Təqlid nədir?
Cavab: Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
Təqlid kimə vacibdir?
Cavab: Dini hökmlərə münasibətdə insanlar üç qismə bölünür:
1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış şəxs);
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub, ehtiyat yolunu tutan şəxs);
3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.
Kimə təqlid edilməlidir?
Cavab: Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış olaq: 1. Kişi; 2. Baliğ (həddi-büluğ); 3. Aqil (ağıllı); 4. 12 İmamçı şiə; 5. Halalzadə (qanuni nikahdan doğulmuş); 6. Diri; 7. Adil (ədalətli); 8. Vacib ehtiyata əsasən dünyaya həris olmayan; 9. Başqa müctəhidlərdən daha elmli–ə’ləm olan.
Nədə təqlid edilməlidir?
Cavab: İslam dini üsuli-din (inamlar), əxlaq və fürui-din (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.