Beş şeyin qədrini beş şeydən əvvəl bil hədisindən hansı mühüm işarələr vardır?!
Həzrət Peyğəmbər (s) Əbuzərə buyurur: “İki nemət vardır ki, insanların əksər hissəsi onda ziyan edirlər: salamatlıq və boş vaxt.
Ey Əbazər! Beş şeyin qədrini beş şeydən əvvəl bil:
1. Cavanlığın qədrini qocalıqdan əvvəl.
2. Sağlamlığını xəstəlikdən əvvəl.
3. Zənginliyi yoxsulluqdan əvvəl.
4. Boş vaxtını məşğuliyyətdən əvvəl.
5. Həyatını ölüm yetişməzdən əvvəl.
Məbada öz vəzifəni gələcəyə ümid bəsləyərək, təxirə salasan. Sənin bu günün vardır, sabahından isə xəbərin yoxdur.
Ey Əbazər! Nə zaman sübhə daxil olursan – sağ qalacağın ümidinə malik olma və nə zaman gecədəsən – özünə səhərə qədər sağ qalacağın vədəni vermə.
Sağlamlığından xəstə olmazdan əvvəl istifadə et!”.
Cavanlıq – insan həyatının ən ən gözəl çağıdır. Gələcəyini quracağı dövrdür. Həyatını əvvəldən necə tənzim etsə, gələcəkdə də o cür yaşayacaqdır. (Həvzəh)
Həzrət Peyğəmbər (s) bu nurani hədisdə cavanlara tövsiyələr vermişdir ki, onlara işarə edək:
1. Həzrətin (s) ilk tövsiyəsi budur ki, cavanlar Allahın onlara verdiyi iki nemətin – yəni salamatlığın və boş vaxtlarını necə keçirəcəklərinin qədrini bilməlidirlər.
2. İkinci tövsiyəsi budur ki, insan gəncliyinin qədrini bilməlidir. Qocalan zaman deməli deyildir ki, ey kaş, yenə gənc olaydım. Əgər qocalıqdan qabaq həyatını qura bilsə və hədəflərini həyata keçirə bilsə, qocalan zaman onun meyvəsini yeyəcəkdir.
3. Həzrət (s) buyurur ki, ey zəngin insanlar, bu nemətin qədrini bilin. Çünki sizi qarşıda yoxsulluq gözləyir. Əgər neməti hədər versəniz və Allah buyuran kimi xərcləməsəniz – sizi yoxsulluq gözləyir.
4. İnsan gərək boş vaxtını dəyərləndirsin və onu boş işlərə xərcləməsin. Deməsin ki, sabah fürsətim var, filan işi təxirə salar. Bu sözlər möminə yaraşmaz. Mömin insan gərək bu günün işini sabaha saxlamasın. Həzrət (s) də ona görə buyurur ki, boş vaxtınızın qədrini bilin.
5. İnsan gərək ölməzdən əvvəl həyatdan axirəti üçün azuqə toplasın. Saleh işlər görüb, insanlara xidmət etsin. Əməl dəftərini həsənələr ilə doldursun. Hələ həyatda olan zaman yaşamağının qədrini bilsin.
Əgər cavanlar bu beş tövsiyəyə əməl etsələr, həm gələcəkləri parlaq olar, həm də ruhən və cismən sağlam olarlar./Deyerler.