Yasin surəsinin 6 cı ayəsində deyilən \"Qorxut\" mənası nədir?!
Qurani Kərimin hər hansı ayəsində \"inzar\" kəlməsi işlənibsə mənası qorxut - çəkindir deməkdir!
Bütün ilahi Peyğəmbərlər qorxudan və müjdələyən olublar. Necə ki İslam Peyğəmbərinin (s) haqda Allah-Taala (c.c) həqqaniyyətini bu iki sifətlə tanıtdırmışdır. - İsra surəsi ayə-105, Furqan surəsi ayə-1.
Nədən və nə üçün qorxu?!
Müjdə xeyir xəbər haqqında, qorxu isə əzabın nazil olması haqda xəbər verir.
Ümid və qorxu insan üçün iki uçuş qənədi kimi qəbul olunur. Quranda müjdə hərəkət demək, və qorxu isə bəzi əməllərdən çəkinmək deməkdir.
-İnsanda ümid və müjdə yəni: Sağlam qalmaq, inkişaf, kamala yetişmək, Allaha qovuşmaq və ilahi behiştə düşmək deməkdir.
-İnsanda qorxu yəni: Azmaqdan qorxu, zərərə düşmək, xətərlə üzləşmə, dönüşü olmayan yola girmək, hesab vermək, cəhənnəmə düşərək ilahi qəzəbə düçar olmaq deməkdir!
Qorxutmaq dedikdə əsas məsələ odur ki, bu düşüncə insanı və cəmiyyəti öz yerində durmağa məcbur edir! Necə ki, insan xəstələnməkdən qorxursa sağlamlığını qorumağa çalışır.
Əgər cahillik, xurafat, yol azma, fəsad, zülm və cinayətin mənfi təsirlərindən qorxarsa əməllərində həddini aşmaqdan özünü qoruyar.
Necə ki, çoxlu hədis kitablarında deyilmişdir ki, insan və cəmiyyətlərin qorunması və islah olunması üçün ilahi qəzəblə qorxudun ki, qəflədə düçar olmasınlar.-sualcavab.ge