Nə üçün Hz Peyğəmbər (s) Qədir Xum hadisəsini yazılı şəkildə tapşırmadı?!


Hz Peyğəmbərin (s) dövrü çox təəccüblü bir zaman idi! O cürə ki, çoxlu münafiqlər həqiqi İslamın aradan getməsi üçün çalışırdılar! Suala cavab olaraq 6 mərhələdə araşdırmaq olar:

1-Hz Əli (ə) xilafətinin rəsmi elanı yazıdan az bir şey deyildi. O da elə bir elan ki bəzi tarixçilərin yazdığına görə Qədir Xum çölündə 120 minə yaxın insan iştirak edirdi!


2-Fərz edək ki, Hz Peyğəmbər (s) yazılı şəkildə Hz Əli (ə) xilafətini tapşıraydı. Müxalif olanlar bunu da başqa məsələlər kimi aradan aparmasını bilirdiləar, necə ki, Hz Fatimənin (ə.s) yazılı şəkildə tapşırılan Fədək haqqını qəsb etdilər! 100 ilə yaxın Quranın açıqlaması olan hədislərin yazılmasını qadağan etdilər və eləcə də İmam Əli (ə) topladığını Quranın İslam ümmətinə verilməsinin qarşısını aldılar!

3-Bütün məzhəblərin tarixi kitabları Hz Əli (ə) Qədir Xumda xəlifə olmasını təsdiqləyiblər. Bu özü bir yazılı sənəd olaraq qəbul oluna bilər.

4-Hz Peyğəmbər (s) ömrünün son anlarında Əhli-Beytin (ə) haqqını tapşırılması üçün qələm və kağız istəmişdir... Amma təssüf olsun bəziləri bu mühüm məsələnin həyata keçməsinə mane olmuşlar.

5-Sonda deyə bilərik ki, Qədir Xumu dərk edənlər yazıya ehtiyaclı deyildilər ki, haqqı tapsınlar. Bəlkə onların paxıllığı və Hz Əliyə (ə) olan kinləri Xəlifəlik haqqının tanıtdırılmasına mane oldu.

6-Lövh adlı hədisdə Allah-Taala (c.c) tərəfindən 12 xəlifənin kim olması deyilmişdir. ki, şiənin tanınmış Usuli kafi kitabında bu hədisə Cabirin vasitəsi ilə nəql olunmuşdur.-sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter