NƏ ÜÇÜN İMAMƏT MƏQAMI RİSALƏT MƏQAMINDAN ÜSTÜNDÜR?


Cavab: Bu suala cavab vermək üçün əvvəlcə nübüvvət, risalət və İmamət kəlmələrinin Quranda gəldiyi kimi hər birinin ayrılıqda dəqiq mənasını izah edirik ki, İmamət məqamının bu iki məqamdan nə üçün üstün olması aydın olsun.

1-Nübüvvət məqamı
“Nəbi” kəlməsi “mühüm və böyük xəbər” mənasını ifadə edən “nə-bə-ə” kökündən alınmışdır. Buna görə də “nəbi” kəlməsinin mənası “böyük xəbər daşıyan şəxs”, “böyük xəbər verən şəxs” deməkdir. Peyğəmbər mənasını ifadə edən nəbi kəlməsi Quran terminində elə bir insana deyilir ki, Allahdan müxtəlif yollarla ilahi vəhyi alır, heç bir insanın vasitə olmadığı halda Allah tərəfindən xəbər verir. Alimlər bu kəlmənin tərifini belə vermişlər:
اِنَّهُ مُؤَدٍّ مِنَ اللّهِ بِلَا وَاسِطَةٍ مِنَ الْبَشَر
“Nəbi o kəsdir ki, başqa bir insanın vasitəçiliyi olmadan Allahın vəhyini insanlara çatdırsın.” (“Rəsailul-əşr” (Şeyx Tusi), səh.111)
Deməli, nəbinin vəzifəsi ilahi vəhyin bəyan olunma çərçivəsindədir və ona ilham olunanları camaata bəyan etməklə məhdudlanır. Quran bu barədə buyurur:
فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَ مُنْذِرِينَ
“Allah, peyğəmbərləri müjdə verənlər və qorxudanlar olaraq seçdi (göndərdi).” (“Bəqərə” surəsi, ayə:213)

2-Risalət məqamı
Vəhy terminində “rəsul” kəlməsi o peyğəmbərlərə deyilir ki, vəhyi almaq və Allah tərəfindən xəbər verməkdən əlavə, ilahi risaləti təbliğ etmək məsuliyyətini də (Allah tərəfindən) öz öhdəsinə alsın, bu risaləti insanlara çatdırsın. Qurani-Məcid bu barədə buyurur:
فَاِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُواْ اَنَّمَا عَلَي رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ
“Əgər (haqdan) üz döndərsəniz bilin ki, Bizim Rəsulumuzun (Peyğəmbərin) risaləti aydın şəkildə bəyan etməkdən əlavə heç bir məmuriyyəti yoxdur.” (“Maidə” surəsi, ayə:92)
Deməli, risalət məqamı nəbiyə əta olunan digər məqamdır. Başqa sözlə desək, nübüvvət və risalət məfhumlarının hər biri Allah tərəfindən vəhy əldə edən peyğəmbərlərin xüsusiyyətlərinin birinə işarə edir. Belə ki, peyğəmbərlər vəhyi alır, vəhy daşıyıcıları olduğuna görə nəbi adlanır, həmçinin peyğəmbərliyi (risaləti) təbliğ etmək vəzifəsini öhdələrinə aldıqlarına görə isə rəsul adlandırılır.
Qeyd olunanlardan belə nəticə alınır ki, peyğəmbərlər nübüvvət və risalət çərçivəsində qərarlaşana qədər yalnız insanlara halal-haramı elan edir, onları düz yola hidayət edən xoşbəxtlik və səadət yollarını göstərirlər. Onların Allah tərəfindən xəbər vermək, yaxud onların öhdəsinə qoyulan vəzifəni yerinə yetirməkdən başqa heç bir məmuriyyət və məsuliyyətləri yoxdur.

3-İmamət məqamı

Quran nəzərindən ilahi İmamət məqamı yuxarıda qeyd olunan iki məqamdan tamamilə fərqlənir, o, bəşər cəmiyyətlərinə rəhbərlik və onların işlərini tədbir etmək kimi daha geniş ixtiyarlara malikdir. İndi nurani Quran ayələrinə istinad edərək bu məsələ ilə əlaqədar aşkar dəlillərimizi nəzərinizə çatdırırıq:
1-Qurani-Kərim böyük ilahi peyğəmbər olan İbrahim Xəlilə İmamət məqamının verilməsini belə bəyan edir:
وَاِذِ ابْتَلَي اِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَاَتَمَّهُنَّ قَالَ اِنِّي جَاعِلُكَ لِلنَّاسِ اِمَامًاقَالَ وَمِنْ ذُرِّيَّتِي
“Yada sal o zamanı ki, böyük Allah Öz peyğəmbəri İbrahimi bir neçə imtahanla sınaqdan keçirtdi, o da ilahi imtahanlardan üzüağ çıxdı, bu zaman Allah buyurdu: “Mən səni insanlara İmam və rəhbər qərar verirəm.” İbrahim dedi: Bu rəhbərliyi mənim övladlarıma da əta edərsənmi?...” (“Bəqərə” surəsi, ayə:124)
Bu kəlamdan iki həqiqət aşkar olur:
a) Qeyd olunan ayə İmamətin nübüvvət və risalət məfhumundan fərqləndiyini göstərir. Çünki İbrahim (ə) bu ilahi imtahanlardan öncə (onlardan biri də övladını qurban etmək barədə qərara gəlməsi idi) uzun illər nübüvvət məqamında idi. Bu da aşağıdakı dəlillə isbat olunur:
İbrahim qocaman yaşlarında olanda böyük Allah ona övlad (İsmaili və İshaqı) əta etdi. Quran onun dilindən nəql edərək belə buyurur:
اَلْحَمْدُ لِلّهِ الَّذِي وَهَبَ لِي عَلَي الْكِبَرِ اِسْمَاعِيلَ وَ اِسْحَقَ
“Həmd olsun o Allaha ki, qocalıq dövründə mənə İsmaili və İshaqı əta etdi.” (“İbrahim” surəsi, ayə:39)
Deməli, ilahi imtahanlardan biri olan İsmailin Allah yolunda qurbanlıq edilməsi ardınca böyük İmamət məqamı İbrahimə verildi. O, bu imtahanı ömrünün son çağlarında vermiş və insanlara İmam seçilmişdi, halbuki ondan əvvəl uzun müddət nübüvvət məqamında idi. (Çünki o, övlad sahibi olmazdan əvvəl nübüvvət nişanəsi olan ilahi vəhy ona nazil olmuşdu.) (“Saffat” surəsinin 99-102, “Hicr” surəsinin 53-54, “Hud” surəsinin 70-71-ci ayələri)
b) Həmçinin “və izibtəla İbrahimə Rəbbuhu bi kəlimatin” ayəsindən məlum olur ki, ilahi İmamət və cəmiyyətə rəhbərlik məqamı nübüvvət və risalətdən çox-çox yüksək bir mərtəbədir. Çünki Quranın bəyan etdiyi kimi, həzrəti İbrahim (ə) nübüvvət və risalət məqamına çatdıqdan, ağır imtahanlardan çıxıb üzü ağ olduqdan sonra İmamət məqamı ona verilir. Səbəbi də aydındır çünki ilahi İmamət məqamı vəhyin əxz olunub risalətin insanlara təqdim olunması vəzifəsindən əlavə, ümmətə rəhbərlik və cəmiyyətin işlərinin düzgün şəkildə idarə olunmasını, onların kamal və səadətə çatdırılmasını da öhdəsinə alır. Təbiidir ki, belə bir məqam xüsusi əzəmətə malikdir ki, ona nail olmaq ardıcıl və ağır imtahanlardan çıxmadan mümkün deyildir.
2-Yuxarıdakı ayədən məlum olur ki, İbrahim (ə)-in qarşısına çıxan ağır imtahanlardan başı uca çıxdıqdan sonra Mütəal-Allah cəmiyyətə rəhbərlik və İmamət məqamını ona vermişdir. Bu zaman İbrahim (ə) Allahdan o məqamın öz övladlarında da olmasını istəmişdi.
Quranın digər bir ayəsinə əsasən məlum olur ki, Mütəal-Allah İbrahim (ə)-ın istəyini qəbul etmiş, nübüvvət məqamından sonra cəmiyyətin rəhbərliyini və ümmətə hakimiyyəti də onun saleh övladlarına əta etmişdir. Quran bu barədə buyurur:
فَقَدْ آتَيْنَآ آلَ اِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا
“Biz İbrahim övladlarına (asimani) kitab, hikmət və böyük bir hakimiyyət əta etdik. (“Nisa” surəsi, ayə:55)
Bu ayədən məlum olur ki, İmamət və cəmiyyətə rəhbərlik nübüvvətdən tamamilə fərqli olan bir məqamdır ki, Mütəal-Allah onu Öz peyğəmbəri İbrahimə, ağır imtahanları verdikdən sonra əta etmişdir. İbrahim (ə) Allahdan bu mənsəbi – cəmiyyətə hökuməti və rəhbərliyi öz övladlarında da qərar verməsini istədikdə Allah bu yüksək məqamın onun övladlarından ədalətli olanlarda qalmasını qəbul etdi və onlara asimani kitab, risalət və nübüvvət rəmzi olan hikmət və böyük mülk (rəhbərlik və hakimiyyət) əta etdi. Beləliklə, İbrahim (ə)-ın istəyi və duası qəbul olundu. Buna görə də onun zürriyyəsindən bəziləri, o cümlədən Yusif, Davud, Sü-leyman və s. nübüvvət məqamından əlavə, cəmiyyətə rəhbərlik və hökumət məqamına da çatmışdılar. Deməli, İmamət məqamı nübüvvət və risalətdən başqa bir məqa-mdır, onun ixtiyar və məsuliyyətlərinin geniş olmasına görə çox yüksək dəyərə və üstün mövqeyə malikdir.

İMAMƏT MÖVQEYİNİN ÜSTÜNLÜYÜ
Yuxarıda deyilənlərdən aydın olur ki, nəbi və rəsulun əhatə dairəsi nübüvvət və risalətin daşıyıcıları olması baxımından yalnız təzəkkür vermək və yolu işıqlandırmaqdır. Hərgah nəbi, yaxud rəsul İmamət məqamına çatsalar daha böyük və ağır məsuliyyətləri öhdələrinə almış olurlar, bunun ardınca da nümunəvi və səadətli cəmiyyət yaratmaq üçün müqəddəs şəriət qanunlarını icra etməyə və ilahi proqramları həyata keçirməyə vəzifəli olurlar ki, öz ümmətlərini hər iki dünyanın xoşbəxtliyi olan bir yolda qərar versinlər.
Aydındır ki, belə böyük və ağır məsuliyyətləri qəbul etmək böyük mənəvi əzəmət, qüdrət və xüsusi ləyaqət tələb edir. Daim təmayüllərlə mübarizəni tələb edən, üzü-cü çətinliklərlə yanaşı olan bu vəzifə Allah yolunda daha artıq ürəyiyananlığı, yüksək dərəcədə səbirliliyi gərəkli edir və bu da Allah eşqi olmadan, Onun razılığını cəlb etmədən mümkün deyildir. Buna görə də Öz layiqli bən-dələrinin ən fəzilətlisini, yəni islam Peyğəmbərini ümmə-tə rəhbərlik və İmamət məqamına seçərək onu iftixarlı etdi, cəmiyyətə rəhbərliyi və hökuməti onlara əta etdi.


NÜBÜVVƏTLƏ İMAMƏT BİR-BİRİNİ GƏRƏKLİ EDİRMİ?

Bu sualın cavabının ardınca digər bir sual irəli çıxır: O da bundan ibarətdir ki, nübüvvət məqamına çatan hər bir peyğəmbər hökmən İmam da olmalıdır və yaxud İmamət məqamına malik olan bir şəxs mütləq peyğəmbər də olmalıdırmı?
Bu sualın cavabı mənfidir. İndi bu məsələni vəhy əsasında izah edirik. Qurandakı Talut və onun zalım Calutla mübarizəsi ilə əlaqədar olan ayələrdən aydın olur ki, həzrəti Musanın vəfatından sonra Mütəal-Allah nübüvvət məqamını İşmuil adlı bir şəxsə əta etdi, halbuki İmamət, rəhbərlik və hökuməti Talutun öhdəsinə qoymuşdu. Hadisə belə olmuşdu:
Musanın vəfatından sonra Bəni-İsraildən bir qrupu öz əsrinin peyğəmbərinə dedilər: Bizim üçün bir rəhbər təyin et ki, onun sərkərdəliyi altında cihad edək. Peyğəmbərləri onlara dedi:
اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا قَالُوَاْ اَنَّي يَكُونُ لَهُ الْمُلْكُ عَلَيْنَا وَ نَحْنُ اَحَقُّ بِالْمُلْكِ مِنْهُ وَ لَمْ يُؤْتَ سَعَةً مِّنَ الْمَالِ قَالَ اِنَّ اللّهَ اصْطَفَاهُ عَلَيْكُمْ وَ زَادَهُ بَسْطَةً فِي الْعِلْمِ وَالْجِسْمِ وَ اللّهُ يُؤْتِي مُلْكَهُ مَنْ يَشَاءُ وَ اللّهُ وَاسِعٌ عَلِيمٌ
“Həqiqətən Allah Talutu sizin üçün rəhbər təyin etdi. Bəni-İsrail qövmü dedi: Necə o bizə sərkərdə ola bilər, halbuki bu işə biz daha artıq layiqik və onun çoxlu mal-dövləti, sərvəti yoxdur?! Peyğəmbərləri dedi: Böyük Allah onu sizə seçmiş, ona daha artıq elm və fiziki qüvvə əta etmişdir. Allah Öz mülkünü, istədiyi hər kəsə əta edər. Allah geniş ehsan və elm sahibidir.” (“Bəqərə” surəsi, ayə:247)
Bu ayədən aşağıdakı məsələlər aydın olur:
1-Müəyyən məsləhətlər nübüvvətin İmamətdən və rəhbərlikdən ayrı olmasını tələb edə bilər, eyni bir zamanda nübüvvət bir kəsin, ümmətə rəhbərlik isə başqa bir şəxsin ola bilər və hər biri ona verilən mənsəb ilə əlaqədar ləyaqətə malik ola bilər. Bu iki məqamın bir-birindən ayrılması mümkün olduğuna görə Bəni-İsrail heç vaxt “ey Peyğəmbər, sən ondan daha layiqlisən” - deyə etiraz etmədilər, əksinə etiraz məqamında sadəcə olaraq “biz ondan daha artıq layiqik” - dedilər.
2-Talutun bu məqamını Allah ona bağışlamışdı. Çünki ayədə “Allah Talutu sizə rəhbər seçdi”, eləcə də “Allah onu sizə seçmişdir” – deyə buyurulur.
3-Talutun ilahi məqam və mənsəbi orduya sərkərdəlikdə xülasələnmirdi əksinə o, Bəni-İsrail qövmünün rəhbəri və sərkərdəsi idi (çünki məlik–hakimiyyəti öhdəsinə alan şəxsə deyilir). O gündə bu rəhbərlikdən məqsədin Bəni-İsrailə Allah yolundakı cihadda rəhbərliyi olmasına baxmayaraq, onun bu ilahi məqamı ona sair işləri də görməyə icazə verirdi ki, hamısı da hökumət işlərindən idi. Çünki həmin ayənin sonunda buyurulur:
اِنَّ اللّهَ قَدْ بَعَثَ لَكُمْ طَالُوتَ مَلِكًا
“Allah Öz mülkünü istədiyi hər kəsə bağışlayır.”
4-Cəmiyyətə, ümmətə İmamət və rəhbərliyin ən mühüm şərti çoxlu elmə, fiziki və mənəvi cəhətdən kifayət qədər qüdrətə malik olmaqdır, xüsusilə o dövrün rəhbərləri ordu ilə birlikdə hərəkətdə və fəaliyyətdə olmalı idi.
Deməli, nübüvvətlə İmamət bir-birini gərəkli etmir bəzən bir insan nübüvvət məqamına çata bilər, lakin ümmətin rəhbərliyini öhdəsinə almaq vəzifəsinə malik olmaya bilər yaxud bir şəxs Allah tərəfindən ümmətə rəhbər təyin oluna bilər, amma peyğəmbər olmaya bilər. Bəzən Mütəal-Allah hər iki məqamı ləyaqəti olan bir şəxsə əta edir. Quranda buyurulur:
فَهَزَمُوهُمْ بِاِذْنِ اللّهِ وَقَتَلَ دَاوُدُ جَالُوتَ وَ آتَاهُ اللّهُ الْمُلْكَ وَالْحِكْمَةَ وَعَلَّمَهُ مِمَّا يَشَاءُ
“Talutun ordusu Calutun ordusunu darmadağın etdi və bu zaman Davud peyğəmbər Calutu öldürdü. Allah ona (peyğəmbərlikdən əlavə) cəmiyyətin rəhbərliyini və hikməti əta etdi, istədiyi şeyləri ona öyrətdi.” (“Bəqərə” surəsi, ayə:251)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter