Gözdəymədən qoruyar, ruzini artırar – “Qul” ilə başlayan 4 surənin bərəkətləri!
Əziz Peyğəmbərimiz (s) və İmamlarımız (ə) bizə “Qul” ilə başlayan 4 surəni hər gün oxumağı tövsiyə edirlər və bu surələr ibarətdir: “Kafirun”, “Nas”, “Fələq”, “Tövhid” (“İxlas”).
Adətən bu dörd surəni göz dəyməsinin və sehrin qarşısını almaq üçün oxuyurlar. Ancaq bu surələr insanı hər bir bəladan qoruduğu kimi, həm də insana çoxlu bərəkətlər gətirir. Adət üzrə hər bir tacir dükanı açmazdan əvvəl bu dörd surəni oxuyur və Allahdan bərəkət istəyir.
“Kafirun” surəsi o surələrdəndir ki, hər kim Peyğəmbəri (s) yuxuda görmək istəsə, o surəni oxuyaraq görə bilər. Belə ki, İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində yüz dəfə oxuyarsa, Peyğəmbəri (s) yuxuda görər”.
“Tövhid” surəsini “İxlas” da adlandırırlar. Çünki Allahın yeganə olmasından xəbər verir və insanı şirkdən xilas edir.
“Fələq” surəsi insana sehr və cadudan nicat verir.
“Nas” surəsi daha çox vəsvəsə edənlərin ziyanından qoruyur.
Hər bir halda bu dörd surəni hər gün oxumaq insanı həm bəlalardan, sehr və cadudan qoruyar və həm də ruzisini, bərəkətini artırar. /Deyerler.