Hz Peyğəmbər (s): Ya Əli (ə) Behişti bu 7 əməllə qazanmaq mümkündür?!


Peyğəmbəri-Əkrəmin (s) İmam Əliyə (ə) vəsiyyətlərinin birində belə buyurulur:

يَا عَلِيُّ، سَبْعَةٌ مَنْ كُنَّ فِيهِ فَقَدِ اِسْتَكْمَلَ حَقِيقَةَ اَلْإِيمَانِ وَ أَبْوَابُ اَلْجَنَّةِ مُفَتَّحَةٌ لَهُ

“Əli can! Yeddi xislətə malik olan hər bir kəs imanın həqiqətini kamilləşdirmişdir və cənnətin qapıları onun üzünə açıqdır:


1. Dəstəmazını kamil alan; مَنْ أَسْبَغَ وُضُوءَهُ

2. Namazını yaxşı qılan; وَ أَحْسَنَ صَلاَتَهُ

3. Malının zəkatını verən; وَ أَدَّى زَكَاةَ مَالِهِ

4. Qəzəbini udan; وَ كَفَّ غَضَبَهُ

5. Dilini (yersiz və nalayiq sözlərdən) qoruyan; وَ سَجَنَ لِسَانَهُ

6. Günahından tövbə edib Allahdan bağışlanma diləyən; وَ اِسْتَغْفَرَ لِذَنْبِهِ

7. Peyğəmbərin Əhli-beytinin xeyirxahlığını istəyən.” وَ أَدَّى اَلنَّصِيحَةَ لِأَهْلِ بَيْتِهِ

(“Xisal”, Şeyx Səduq, 7-ci bölüm; “Məkarimul-əxlaq”, 1-ci cild, səh.433.) -- Maide.az – Maarif bölümü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter