İslam ümmətinin müflisi kimdir? İslam Peyğəmbərindən (s) hədis


Bir gün Peyğəmbəri-Əkrəm (s) səhabələrindən soruşdu:

أَتَدْرُونَ مَا الْمُفْلِسُ؟

“Bilirsinizmi müflis kimdir?”

Səhabələr dedilər:

الْمُفْلِسُ فِینَا مَنْ لَا دِرْهَمَ لَهُ وَلَا مَتَاعَ

“Bizim aramızda müflis o kəsdir ki, pulu, var-dövləti olmasın.”

Həzrət buyurdu:

إِنَّ الْمُفْلِسَ مِنْ أُمَّتِی یَأْتِی یَوْمَ الْقِیَامَهِ بِصَلَاهٍ، وَصِیَامٍ، وَزَکَاهٍ، وَیَأْتِی قَدْ شَتَمَ هَذَا، وَقَذَفَ هَذَا، وَأَکَلَ مَالَ هَذَا، وَسَفَکَ دَمَ هَذَا، وَضَرَبَ هَذَا، فَیُعْطَى هَذَا مِنْ حَسَنَاتِهِ، وَهَذَا مِنْ حَسَنَاتِهِ، فَإِنْ فَنِیَتْ حَسَنَاتُهُ قَبْلَ أَنْ یُقْضَى مَا عَلَیْهِ أُخِذَ مِنْ خَطَایَاهُمْ فَطُرِحَتْ عَلَیْهِ، ثُمَّ طُرِحَ فِی النَّارِ

“Həqiqətən, mənim ümmətimin müflisi yalnız o kəsdir ki, Qiyamətdə namazının, orucunun və zəkatının savablarını söyüş söydüyü, böhtan dediyi, haqqını yediyi, qanını hədər verdiyi və döydüyü adamlara ödəsin və əgər borcunu ödəyib qurtarmamışdan öncə savab və yaxşı işləri qurtararsa (yenə borclu qalarsa), həmin şəxslərin günahları onun boynuna yüklənəcək, sonra isə cəhənnəmə atılacaq.” (“Səhihi-Müslim”, 4678.) -- Maide.az – Maarif bölümü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter