İslam Peyğəmbəri (s) Səhabəsi Əbu Əyyub Ənsariyə hansı beş tapşırığı verdi?!
Bir gün Əbu Əyyub Xalid ibn Zeyd Ənsari Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi:
–Ey Allahın Rəsulu! Mənə qısa tövsiyələr et ki, bəlkə onları yadımda saxladım (və onlara əməl etdim).
Həzrət buyurdu:
–Sənə beş əməli tövsiyə edirəm:
1. İnsanların əllərində olanlardan ümidini üz ki, həqiqətən, bu zənginlikdir;
2. Tamahkarlıqdan çəkin ki, həqiqətən, bu özü mövcud yoxsulluqdur;
3. Namazını “vida namazı” kimi qıl;
4. Üzrxahlığa məcbur olacağın işdən çəkin;
5. Özünə sevdiyini (mömin) qardaşın üçün də sev!”
(“Biharul-ənvar”, 74-cü cild, səh. 168.) Maide.az – Maarif bölümü