İmam Sadiqin (ə) hədisinə əsasən Şeytan beş dəstəni aldada bilmir?!


Şeyx Səduq öz silsilə sənədləri ilə İmam Sadiqdən (ə) Şeytanın belə dediyini nəql edir:

خَمسَةٌ ليسَ لي فيهِنَّ حِيلَةٌ و سائرُ الناسِ في قَبضَتي:

Beş zümrə mənim ixtiyarımdan (hiyləmdən) kənardır və qalanları isə mənim çəngimdədirlər:

مَنِ اعتَصَمَ بِاللّه ِ عن نيّةٍ صادِقَةٍ و اتَّكَلَ علَيهِ في جَميعِ اُمُورِهِ؛

1. Pak və saf niyyətlə Allahdan yapışan və bütün işlərində Ona təvəkkül edən;

و مَن كَثُرَ تَسبيحُهُ في لَيلِهِ و نَهارِهِ؛

2. Gecə-gündüz çox zikr deyən (Allahı çox yad edən);

و مَن رَضِيَ لأخِيهِ المؤمِنِ بما يَرضاهُ لنفسِهِ؛

3. Özünə istədiyini mömin qardaşına da istəyən;

و مَن لَم يَجزَعْ على المُصيبةِ حينَ تُصِيبُهُ؛

4. Bəla və müsibətə düçar olduqda taqətsizlik etməyən;

و مَن رَضِيَ بما قَسَمَ اللّه ُ لَهُ و لَم يَهتَمَّ لِرِزقِهِ .

5. Allahın qismətinə razı olan və öz ruzisinin qəm-qüssəsini çəkməyən.”

(“Xisal”, Şeyx Səduq, 1-ci cild, səh. 285.)

Maide.az – Maarif bölümü


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter