Allah-Taala (c.c) dərgahından ən yaxşı namaz hansıdır?!


Allah-Taala (c.c) dərgahında ən yaxşı namaz az olmasına baxmayaraq davamlı olmasıdır!

İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qurani-Kərimdə buyurulur:

فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ

“Allaha pərəstiş et, Ona ibadətdə səbirli ol!” (“Məryəm” surəsi, ayə 65.)

Allahın Rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bəzən əməl edib, bəzən tərk etməkdir.” (“Biharul-ənvar”, 77-ci cild, səh.68.)

Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!” (“Nəhcül-fəsahə”.)

Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühüm şərtdir. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.20-21.) -Maide.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter