Müsəlman şəxs gərək ömrünün bir qismini ibadətə ayırsın?!


İbadət fürsəti!! Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb-keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə İmam Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.” (“Əl-həyat”, 1-ci cild, səh.331.)

İnsan övladının bu dünyada həyatı məhdud olduğundan, ömür sərmayəsindən elə bəhrələnməlidir ki, qiyamət günü həsrət içində od tutub yanmasın. Mövla Əmirəlmöminin Əli (ə) ömür sərmayəsi haqda belə buyurur:

اِنَّ اَوْقاتِکَ اَجْزاءُ عُمْرِکَ، فَلا تُنْفِدْلَکَ وَقْتاً اِلاّ فیما یُنْجیکَ

“Həqiqətən, sənin ovqatın ömrünün hissələridir. Elə isə, vaxtını yalnız nicat və qurtuluşuna səbəb olacaq işlərə sərf et!” (“Şərhi qurərul-hikəm”, Amudi, 2-ci cild, səh.607.)

Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allah Rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.” (“Biharul-ənvar”, 77-ci cild, səh.164.)

Elə buna görə də, İslamda ömür sərmayəsindən layiqincə bəhrələnmək və doğru-düzgün proqram üzrə hərəkət etməyə xüsusi əhəmiyyət verilir. Mövla Əmirəlmöminin Əli (ə) buyurur:

لِلْمُؤْمِنِ ثَلاثُ ساعاتٍ: فَساعَةٌ يُناجِي فِيها رَبَّهُ وَ ساعَةٌ يَرُمُّ مَعاشَهُ وَ ساعَةٌ يُخَلِّي بّيْنَ نَفْسِهِ وَ بَيْنَ لَذَّتِهِ فِيما يَحِلُّ وَ يَجْمُلُ

“Mömin öz həyatını üç qismə bölməlidir: bir qismini Allahla raz-niyaz və münacata, bir qismini məişətə, bir qismini isə halal və bəyənilən ləzzətlərə həsr etməlidir.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 390.)

Əgər bəzi şəraitlərdə ibadət imkanı azdırsa, imkan daxilində daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil:

يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ

“Ey iman gətirən bəndələrim, şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!” (“Ənkəbut” surəsi, ayə 56; “Namazın sirləri” əsərindən, Ustad Möhsün Qəraəti, səh.21.) Maide.Az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter