İbadətə çağırış hər bir möminin vəzifəsidirmi?!
Allahpərəst mömin öz namaz və ibadəti ilə kifayətlənməyib, başqalarını da Allaha pərəstişlə tanış etməli, ibadət mədəniyyətinin genişlənməsi üçün çalışmalıdır. Haqqa çağırış və təbliğ hər bir möminin vəzifəsidir. Allah iman və saleh əməldən sonra insanı haqqa və səbrə dəvət edir:
إِنَّ الْإِنسَانَ لَفِي خُسْرٍ. إلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ
“Həqiqətən, insan ziyan içindədir? Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!” (“Əsr” surəsi, ayə 3.)
On nəfər siqaret çəkən bir yerə daxil olsa, az vaxt ərzində bir çox insanları tüstü ilə tanış edəcəkdir. Bir neçə günahkar bütöv bir şəhəri fəsada bürüyür. Nə üçün bir dəstə ibadət və namaz əhli xalqa Allahı tanıtdırıb, mühiti Allaha pərəstiş məkanına çevirməsin?!
Bütün qüvvəmizlə evdə, küçədə, məktəbdə, idarədə, şəhər və kəndlərdə ilahi hədəflərimizi təbliğ etməli, bacarığımızı göstərməliyik. (“Namazın sirləri”, Ustad Möhsün Qəraəti, səh.22.)-Maide.az