DİGƏR DİNLƏRDƏ DƏ NAMAZA ƏMR OLUNUBMU?


Bütün dinlərdə namaz olub.

İslam Peyğəmbərindən (s) öncə həzrət İsa-Məsihin (ə) dinində də namaz olub. Qurani-Kərimdə onun dili ilə belə nəql olunur:

وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

“O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.” (“Məryəm” surəsi, ayə 31.)

Ondan qabaq həzrət Musanın (ə) dönəmində də namaz olub. Allah-Taala ona xutabən buyurub:

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي

“Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni yad etmək üçün namaz qıl!” (“Taha” surəsi ayə 14.)

Həzrət Musadan (ə) qabaq həzrət Şüeyb (ə) yaşayıb və o da namaz qılıb. Bu haqda Qurani-Kərimdə belə buyurulur:

قَالُواْ يَا شُعَيْبُ أَصَلاَتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَن نَّفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاء

“Onlar (istehza ilə) dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?...” (“Hud” surəsi, ayə 87.)

Ondan da qabaq həzrət İbrahim (ə) yaşayıb. O da Allah-Taadan belə istəyib:

رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاَةِ وَمِن ذُرِّيَّتِي

“Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et!” (“İbrahim” surəsi, ayə 40.)

Loğman oz oğluna belə tövsiyə edir:

يَا بُنَيَّ أَقِمِ الصَّلَاةَ وَأْمُرْ بِالْمَعْرُوفِ وَانْهَ عَنِ الْمُنكَرِ

“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan et!” (“Loğman” surəsi, ayə 17.)

Diqqəti cəlb edən budur ki, Qurani-Kərimdə, adətən, namazdan söz düşdükdə, dərhal zəkata verməyə də tövsiyə olunur. Amma Loğmanın öz oğluna tövsiyəsində bu qayda pozulur. Adətən, gənclərin pulu, var-dövləti olmadığından, bu ayədə namazla yanaşı zəkat yox, yaxşılığa dəvət və pislikdən çəkindirmək tövsiyə olunur. (“114 noktə dər bareye nəmaz“, Ustad Möhsin Qəraəti.) -- Tərcümə etdi: Maide.az – Maarif bölməsi


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter