AĞVALİDEYNLİYƏ SON QOYMAQ ÜÇÜN NƏ ETMƏK LAZIMDIR?!


Ağvalideynliyə son qoymaq üçün, əgər ata-ana yaşayırsa:

1. Ata-anaya sabit etməlisən ki, bir daha yaramaz işlərə əl atmayacaq, onların narahatlığına səbəb olacaq işlər yerinə yetirməyəcəksən;

2. Sənin bu sayaq haqsızlıq və hərəkətlərinə görə narahat olmuş ata-ananın qəlbini yumşaltmalı, onlara daha çox ehtiram etməli, onlarla ədəb-ərkanla rəftar etməlisən. Buna rəğmən, Allah dərgahında tövbə etməli, peşmançılığını dilə gətirməli, məsumlara təvəssül edərək ata-anadan istəməlisən ki, səni bağışlasınlar. Bu zaman mehriban Allah ata-ananın qəlbini yumşaldacaq və onların da sənə qarşı mehriban olduqlarının şahidi olacaqsan. Ola bilməz ki, övlad üzrxahlıq etdikdə, ata-ana bağışlamasın!!!

Əgər ata-ana dünyadan köçübsə:

–Ata-ananın həyatda ikən namaz, oruc və həcc kimi qəzaya verdiyi vacib əməlləri yerinə yetirməli, borclarını ödəməlisən;

–Vəsiyyətini icra etməlisən;

–Ömrünün sonuna qədər onları unutmamalı – Allahdan onların bağışlanması üçün dua etməli, onlar tərəfindən sədəqə verməli, müstəhəb əməllər yerinə yetirməlisən, bir sözlə, onlara mənəvi hədiyyələr göndərməyi unutmamalısan. Maide.Az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter