İlyas peyğəmbərin (ə) şagirdi – o da ölüləri dirildə bilirdi?!


“Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik”. (“Ənam” 86).

Bu ayədən göründüyü kimi, Yəsə adlı peyğəmbərin adı çəkilmişdir. Yəsə, İlyas peyğəmbərin dövründə yaşamış və onun şagirdi olmuşdur. Onun haqqında yəhudilərin müqəddəs kitablarında çox bəhs olunmuşdur.

Bu kitablardan birində oxuyuruq ki, o zaman ki, İlyas Bəni-İsrayildən olan qadının evinə daxil olur, onun Yəsə adlı övladı var idi. Həmin qadın İlyasa evində yer verir və onu düşmənlərindən qoruyur. İlyas da ona təşəkkür etmək üçün ağır xəstə olan Yəsəyə görə Allaha dua edir.

Yəsə onun duası sayəsində sağalır. Buna görə ona iman gətirir və ona xidmət edir.
O gündən sonra İlyas hara gedirdisə, Yəsə də onunla birlikdə gedirdi. O zaman ki, İlyas səmaya qalxmağa qərar verir, Yəsə ona deyir: “Ey İlyas! İndi ki, getmək istəyirsən, mənim vəzifəmi təyin et və tənha olan zaman təklifimi müəyyən et”.

İlyas əbasını götürüb onun başına atır və bu əlamət Bəni-İsrayildə o demək idi ki, həmin şəxs onun canişinidir.
Allah Təala da onu Bəni-İsrayil üçün peyğəmbər seçir və ona vəhy göndərərək, peyğəmbər olduğunu təsdiq edir. Bəni-İsrayil də onu qəbul edir və ona təzim edirlər.

O zamana qədər ki, Yəsə sağ idi, Allahın əmri Bəni-İsrayil arasında yerinə yetirilirdi. (Beytutə)

İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq ki, Yəsə də İsa (ə) kimi ölüləri dirildir, xəstələrə şəfa verirdi./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter