Yatmazdan əvvəl bu ayələri tilavət edən, iblisin (lən) şərindən qorunar?!


Allah Təala Qurani-Kərimin “Əraf” surəsinin 54-cü ayəsində buyurur: “O, gecəni (pərdə kimi) gündüzə bürüyür. Belə ki, gecə daim gündüzü tələb edir və gündüz daim gecəni axtarır. (Sonsuz fəzada) Onun əmrinə ram və təslim olan gecəni, ayı və ulduzları yaratdı. Bil ki, yaradılış və (bütün yaradılmışlara ən təsirli) əmr Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah sabit, əbədi və çox bərəkətlidir”. (“Əraf” 54).

Bu ayəyə “Səxərə” ayəsi də deyirlər. Bu ayəni yatmazdan qabaq oxumaq insanı bir çox bəlalardan, o cümlədən şeytanın (lən) şərindən qoruyar.

İmam Sadiq (ə) buyurur: “Hər kim yatan zaman 3 dəfə “Ayətəl-kürsü”nü, “Səxərə” ayəsini oxuyarsa, Allah onu üsyankar şeytanın şərindən qoruyar.

Ona 30 mələyi hakim edər ki, Allaha həmd, təsbih etsinlər. Onun üçün bağışlanma istəsinlər o zamana qədər ki, yuxudan ayılar. Bütün bu zikrlərin savabı onun üçün olar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter