Gündə neçə salavat demək lazımdır ki, Allah-Taala (c.c) insanı bağışlasın?


Salavatın faydaları və bəhrələri barəsində hədislərimiz çox söz demişdir. Onun axirət bəhrələrinin bəziləri ilə tanış olaq.

1. Günahlar bağışlanar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim, hər gün mənə məhəbbətlə 3 dəfə salavat göndərərsə, Allah onun günahlarını həmin gündə və ya həmin gecədə bağışlayar”.



2. Qiyamət günü ağır əməl. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mən əməl tərəzisiyəm. Yəni o kəsin ki, pis əməlləri yaxşı əməllərindən ağır gələrsə, mən, mənə göndərdiyi salavatları gətirərəm, həsənə gözünə qoyaram ki, həsənə gözü ağır gəlsin”.

3. Behişti görmək. Həzrət (s) buyurur: “Hər kim hər gün mənə 1000 dəfə salavat göndərərsə, dünyadan getməmiş behiştdəki yerini görər”.


4. Şəfaəti vacib edər. Əziz Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Hər kim mənə hər gündüz və gecə salavat göndərərsə, şəfaətim onun üçün vacib olar”.

5. Qiyamət gününün susuzluğunu aradan aparar. Allah Təala Həzrət Musaya (ə) vəhy edir: “ Ey Musa! Qiyamət gününün susuzluğunun səni əhatə etməsini istəmirsənmi?”. Deyir: Bəli, istəmirəm.

Allah buyurur: “Bu gün dünyada mənim həbibimə salavat göndər ki, sabah Qiyamətin susuzluğundan amanda olasan”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter