Bir insan qızını necə böyütməlidir ki, Peyğəmbərimizlə (s) behiştdə qonşu olsun?
İffətli və təqvalı qız övladı böyütmək – dinimizin ən böyük göstərişlərindəndir ki, ona görə çoxlu savab müəyyən olunmuşdur.
Bu haqda Həzrət Peyğəmbər (s) buyurur: “İffətli və pakətəkli qız övladları – çox gözəl övladdırlar. Hər kimin bir qızı olar, Allah onun vasitəsilə onu (valideyni) cəhənnəm atəşindən qoruyar. Əgər iki qızı olarsa, Allah onu behiştə yollayar. Əgər üç qızı və ya bacısı olarsa – sədəqə və Allah yolunda cihad etmək ondan götürülər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim üç qızına və ya üç bacısına başçılıq edər və onları saxlamaqda səbir edər o zamana qədər ki, bəxt evinə gedərlər, ya torpaqda rahatlıq taparlar – mənimlə o, behiştdə bu ikisi kimi olarıq”. (Beytutə)
Həzrət (s) bunu deyərkən, özünün şəhadət barmağına (ikinci barmağa) və orta barmağına (üçüncü barmağa) işarə edir. Yəni, 3 bacı və ya 3 qızını himayə, tərbiyə edən kişi Həzrət Peyğəmbəri-Əkrəmlə (s) behiştdə yanaşı olar./Deyerler.