Necə bilək ki, insan Allah bəndəsidir? Dəqiq nişanələr


Allah bəndəsi deyildikdə, o kəs nəzərdə tutulur ki, öz tutumu həddində Allahın əmrlərinə təslim olar. Misal üçün, əgər maddi imkanı yoxdursa həcc ona vacib olmur. Çünki bu vacibatı yerinə yetirmək üçün lazım olan şəraitə malik deyildir. Və ya bir nəfərin uzun sürən xəstəliyi vardır və həkimi buyurur ki, şəfa tapmağın üçün gərək oruc tutmayasan. Bu zaman oruc vacibatı onun boynundan götürülür. Əgər insan bütün bu göstərişlərə qulaq verib əməl edirsə, deməli Allah bəndəsidir.


Kəbirə günahlardan çəkinmək və özünü səğirə günahlara düçar olmaqdan qorumaq da bəndəliyin nişanələrindən biridir. O zaman ki, səğirə günahlarından çəkinir və kəbirə günahlarından qaçırıq, deməli Allah bəndəsiyik. Həzrət Peyğəmbər (s) bu cür insanı mələklərdən də dəyərli hesab etmişdir.


Allah Təala Həzrət Peyğəmbərə (s) əmr verərək buyurmuşdur: “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).


Beləliklə deyə bilərik ki, Allah bəndəliyinin nişanələrindən biri – öz tutumuna görə Allahın əmrlərinə itaət etməkdir. Əgər maddi imkanı varsa – həccə getməlidir, əgər xəstədirsə - oruc tutmamalıdır.


Eyni zamanda Allah bəndəsi o kəsdir ki, kəbirə günahları tanıyar və onlardan qaçar. Təbii ki, səğirə günahlara düçar olmaqdan belə çəkinər. (Tebyan)
Budur həqiqi Allah bəndəsi. Onun bütün səy və çalışması – Allah razılığını qazanmaq olar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter