Qəlbin saflaşması üçün Ayətullah Tehrani tələbəsinə hansı tapşırıqları verdİ?!
Ayətullah Muctehidi Tehrani buyururdu: Neçə il öncə bir nəfər məndən soruşdu: Əgər paltarımız çirkləşərsə onu təmizləyən maddələrlə onu təmizləyərik! və ya paslanan dəmiri bəzi maddələrlə saflaşdırmaq olar. Sualım budur ki, qəlbimiz çirkləşəndə və ya paslananda nə ilə onu təmizləyək?!
Mən ona dedim: Səhərləri oyanın çoxlu istiğfar edin və Quran oxuyun! Vitr namazında etdiyiniz 70 dəfə istiğfardan əlavə çoxlu bağışlanma zikrini dilinizə gətirin.
Əgər bu iki əməli etsəniz qəlbinizin paslığı və çirkliyi təmizlənər. Necə ki hədislərə bu cürə tapşırıqlar vardır.
Eləcə də bəzi rəvayətlərdə gəlmişdir ki, qəlbinizin paslığını təmizləmək üçün yetimlərin başına əl çəkin! Bunun mənası ki, maddi imkanlarınız varsa yetimlərlə dəstək verin.
Ayətullah Muctehidi Tehraninin hüzurunda adlı kitabdan səhifə 307