-- Övladların ibadi məsələlərə daha meyilli olmaları üçün nə etmək lazımdır?


Valideynlərin əksəriyyətinin nigarançılığı övladlarının dini təlim və tərbiyəsi məsələsidir. Bu səbəbdən, valideynlər övladlarının dini təlimlərə maraq göstərməsi və buna cəlb olunması üçün, daha təsirli metodlar axtarmaqdadırlar.

Eyni zamanda, hər bir valideyn dinin ən önəmli təlimlərindən biri olan namazın yeniyetmələrin tərbiyəsində daha təsirli olduğunu bilir və bu sahədə övladlarını namaz və ibadətə cəlb edəcək praktiki üsullar axtarırlar.

Hər hansı bir tərbiyə üsulunu həyata keçirərkən orta həddi qoruyub saxlamaq və tərbiyəvi məsələlərə riayət etməyin zəruri olduğuna da diqqət yetirmək lazımdır. Bununla əlaqədar Əhli-beytdən (ə) bir sıra örnəklər, məsləhətlər qələmə alınmışdır. Həmin örnək və istiqamətləndirmələr övladlarının tərbiyəsi yolunda qədəm götürmüş valideynlər üçün daha faydalı və əhəmiyyətli ola bilər.
Valideynlərin öz övladlarının tərbiyəsi barədə nigarançılığı Peyğəmbərin (s) mübarək kəlamlarındakı sifarişlərindən irəli gəlir:

ادّبوا اولادکم فانکم مسئولون

\"Öz övladlarınıza ədəbli olmağı öyrədin, çünki siz bunun üçün məsuliyyət daşıyırsınız.\"

Həmçinin, həzrət Əli (ə) buyurur:

«اکرموا اولادکم و احسنوا آدابهم»

\"Övladlarınızı əzizləyərək onlara şəxsiyyət verin və onları yaxşı tərbiyələndirin.\"

Əziz valideynlər həmişə öz övladları qarşısında məsuliyyət daşıdıqlarını bilir və onları düzgün tərbiyə etməyə çalışırlar. Valideynlərin bir çoxu öz övladlarına hətta kiçik yaşlarından namaz qılmağı öyrədirlər. Buna görə ki, namaz İslam dininin ən önəmli təlimlərindən biridir və yeniyetmələrin təlim-tərbiyə məsələsində daha təsirlidir.

Övladların namazda süstlük etməmələri və ibadi məsələlərə daha meyilli olmaları üçün nə etmək lazımdır?

Əvvəla yalnız övladların mənfi xüsusiyyətlərini yox, onların bir çox müsbət cəhətlərini də görmək lazımdır. Belə ki, uşaqların müsbət cəhətlərinə görə təşviq olunması onların islah olunmasına yardımçı ola bilər. Valideynlər aşağıdakı göstərişlərə riayət etməklə övladların namaza və digər ibadi məsələlərə qarşı tənbəlliyinin qarşısını ala bilərlər:

1. Valideynlər ilk öncə öz rəftarları ilə, yəni əməli şəkildə övladlarını namaza təşviq etməlidirlər. Onlar mümkün olduğu qədər namazlarını vaxtlı vaxtında qılmalıdırlar. Eləcə də digər ibadətləri də münəzzəm şəkildə yerinə yetirməli və övladlarına öz əməlləri ilə təbliğ etməlidirlər.

2. Dindar ailələrlə münasibət qurararaq get gəl etmək və övladlara dindar ailələlərin uşaqları ilə dostluq əlaqəsi yaratmalarına yardımçı olmaq da bu məsələdə mühüm təsirə malikdir.

3. Onları namaza çağırmaq istəyərkən (xüsusən də sübh namazında) mehribancasına dəvət etmək lazımdır. Belə ki, bu işə məcbur edilmələrini düşünməsinlər.

4. Onları tərif etməyə çalışsınlar. Bəzən namazı bitirdikləri zaman onları tərif edərək ən kiçik əməllərini belə qiymətləndirsinlər.

5. Onları tez tez danlamamaq: Valideynlər digərlərinin yanında, xüsusəndə namaz üstündə övladları danlamamalı və onlara lazımsız təzyiqlər göstərməməlidirlər.

6. Hər bir kəsə təsir edə bilmək üçün zəif nöqtəsi olduğu kimi uşaqlar da belə bir xüsusiyyətə malikdirlər. Valideynlər övladlara təsir yollarını taparaq öz hədəflərini onlara aşılasınlar. Bunun üçün onların şəxsi keyfiyyətləri araşdırılmalı və qəlblərinə nüfuz yolları əldə edilməlidir.

Bir məsələni onlara təlim verdikdə önların diqqətini cəlb edəcək və maraq dairələrinə uyğun şəkildə olmasına çalışılmalıdır. Belə olduqda bu münbit şəraitdən istifadə edərək valideyn öz fikir toxumlarını övladın zehninə səpə bilər.

7. Ziyarət səfərləri və mənəvi fəzaya malik yerlərə səyahətlər də onların rəftarlarında müsbət təsir qoya və imanlarının güclənməsinə səbəb ola bilər. Buna görə də övladların mənəvi ruhiyyəsini artırmaq üçün onları tez tez belə məkanlara aparmaq zəruridir.

8. Övladların rəftarlarının sürətlə islah olunması çətin bir məsələdir. Bunun üçün valideynlər hövsələ və səbirlə öz zəhmətlərinin bəhrəsini gözləməlidirlər. Valideynlərin səbirlə davranışı onların ibadətlərə qarşı daha meyilli olmasına kömək edə bilər.

Sonda buna diqqət eləmək lazımdır ki, bir çox hallarda deyilən nöqtələrə riayət etməmək və övladlara həddən artıq təzyiq göstərmək əks nəticə verə bilər ki, bu da onlarda namaza qarşı nifrətin yaranmasına bais olar.

Unutmaq lazım deyil ki, qeyri səhih yollarla onları namaza məcbur etmək həmişə təsirli olmayacaqdır. Çünkü onlar hazırki yaş dövründə valideynlərə qarşı çıxa bilmədiklərindən onlara tabe olmağa məcburdurlar. Lakin sonrakı yaş dövürlərində belə metodlar onları tamamiylə itaətsizliyə sürükləyə bilər.(Maide.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter