İMAM HÜSEYNİN (Ə) HƏDİSİNƏ ƏSASƏN İNSANIN ZİNƏTİ NƏDİR?
-- “Ən üstün və fəzilətli əməl nədir?”
Bir gün bir bədəvi ərəb İmam Hüseynin (ə) hüzuruna gəlib dedi:
يَا ابْنَ رَسُولِ اللَّهِ قَدْ ضَمِنْتُ دِيَةً كَامِلَةً وَ عَجَزْتُ عَنْ أَدَائِهَا فَقُلْتُ فِي نَفْسِي أَسْأَلُ أَكْرَمَ النَّاسِ وَ مَا رَأَيْتُ أَكْرَمَ مِنْ أَهْلِ بَيْتِ رَسُولِ اللَّهِ صلی الله علیه و آله.
“Ey Peyğəmbərin (s) övladı! Bir nəfərin kamil “diyə”sini (qanbahasını – min dinar) öhədmə götürmüşəm, amma ödəyə bilmirəm. Fikirləşdim, öz-özümə dedim: Onu ən kərim insandan istəyəcəyəm və Peyğəmbərin (s) Əhli-beytindən (ə) kərim və səxavətlisini tapa bilmədim. (Odur ki, sizin hüzurunuza gəlmişəm!)”
İmam Hüseyn (ə) buyurdu:
يَا أَخَا الْعَرَبِ أَسْأَلُكَ عَنْ ثَلَاثِ مَسَائِلَ فَإِنْ أَجَبْتَ عَنْ وَاحِدَةٍ أَعْطَيْتُكَ ثُلُثَ الْمَالِ وَ إِنْ أَجَبْتَ عَنِ اثْنَيْنِ أَعْطَيْتُكَ ثُلُثَيِ الْمَالِ وَ إِنْ أَجَبْتَ عَنِ الْكُلِّ أَعْطَيْتُكَ الْكُلَّ.
“Ey ərəb qardaş! Səndən üç sual soruşacağam, əgər birinə cavab versən, diyənin üçdə birini, ikisinə cavab versən, üçdə ikisini və hamısına cavab versən, diyənin hamısını sənə verəcəyəm.”
Bədəvi ərəb ərz etdi:
يَا ابْنَ رَسُولِ اللَّهِ أَ مِثْلُكَ يَسْأَلُ عَنْ مِثْلِي وَ أَنْتَ مِنْ أَهْلِ بَيْتِ الْعِلْمِ وَ الشَّرَفِ
“Sizin kimi bir kəs mənim kimi bir kəsdən sual soruşur, bir halda ki, siz elm və şərəf əhlisiniz?”
İmam (ə) buyurdu:
بَلَى سَمِعْتُ جَدِّي رَسُولَ اللَّهِ صلی الله علیه و آله يَقُولُ: الْمَعْرُوفُ بِقَدْرِ الْمَعْرِفَةِ.
“Bəli! Cəddim Peyğəmbərdən (s) belə buyurduğunu eşitmişəm: “Yaxşılıq, mərifət və bacarıq qədərində olmalıdır.”
Ərəb dedi:
سَلْ عَمَّا بَدَا لَكَ فَإِنْ أَجَبْتُ وَ إِلَّا تَعَلَّمْتُ مِنْكَ وَ لا قُوَّةَ إِلَّا بِاللَّهِ.
“İstədiyinizi soruşa bilərsiniz, əgər bacarsam cavab verəcəm, cavab verə bilməsəm, cavablarını sizdən öyrənəcəyəm. Allahdan başqa qüvvət yoxdur.”
İmam (ə) soruşdu:
أَيُّ الْأَعْمَالِ أَفْضَلُ؟
“Ən üstün və fəzilətli əməl nədir?”
Ərəb cavab verdi:
الْإِيمَانُ بِاللَّهِ.
“Allaha iman gətirmək!”
İmam (ə) soruşdu:
فَمَا النَّجَاةُ مِنَ الْمَهْلَكَةِ؟
“Təhlükədən qurtuluşun yolu nədir?”
Ərəb cavab verdi:
الثِّقَةُ بِاللَّهِ.
“Allaha etimad etmək və Ona güvənmək!”
İmam (ə) soruşdu:
فَمَا يُزَيِّنُ الرَّجُلَ؟
“İnsanın zinəti nədir?”
Ərəb cavab verdi:
عِلْمٌ مَعَهُ حِلْمٌ.
“Helmlə (səbirlə) yanaşı elmə sahib olmaq!”
İmam (ə) soruşdu:
فَإِنْ أَخْطَأَهُ ذَلِكَ؟
“Əgər o olmasa, necə? (Helmlə yanaşı elm olmazsa, hansı əməl insanın zinəti sayılır?)”
Ərəb cavab verdi:
مَالٌ مَعَهُ مُرُوءَةٌ.
“Mürüvvət və mərdliklə bərabər sərvət sahibi olmaq!”
İmam (ə) soruşdu:
فَإِنْ أَخْطَأَهُ ذَلِكَ؟
“Əgər o da olmasa, necə?”
Ərəb cavab verdi:
فَقْرٌ مَعَهُ صَبْرٌ.
“Səbirlə yanaşı yoxsulluq!”
İmam (ə) soruşdu:
فَإِنْ أَخْطَأَهُ ذَلِكَ؟
“Əgər o da olmasa, necə?”
Ərəb cavab verdi:
فَصَاعِقَةٌ تَنْزِلُ مِنَ السَّمَاءِ فَتُحْرِقُهُ فَإِنَّهُ أَهْلٌ لِذَلِكَ.
“Bu zaman göydən bir şimşək parçası düşüb onu yandırsın, çünki o, buna layiqdir!”
İmam Hüseyn (ə) təbəssüm edərək, ona içində min dinar olan bir kisə verdi, bir də qaşı iki yüz dirhəmə dəyən öz üzüyünü bağışladı və buyurdu:
أَعْطِ الذَّهَبَ إِلَى غُرَمَائِكَ وَ اصْرِفِ الْخَاتَمَ فِي نَفَقَتِكَ
“Ey ərəb, dinarları tələbkarlarına ver, üzüyü də özün üçün xərclə!”
Bu zaman ərəb bu ayəni oxudu:
اللّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُ
“Allah risalətini hara (kimə) göndərəcəyini Özü daha yaxşı bilir.” (“Əraf”/124.
(“Biharul-ənvar”, 44-cü cild, səh.196.) - Rza Şükürlü (Maide.Az)