Niyə qızlar oğlanlardan daha tez həddi-bluğa çatırlar?


Bu suala Həzrət Ayətullah Cəvadi Amuli çox gözəl cavab verir: Qadının tofiqi kişidən çoxdur. İnsan qadının kişiyə bərabər olduğunu ən azından etiraf etməlidir. Çünki kişinin həddi-bluğa çatmasına təqribən 6-il qalmış Allah-təala qadını öz huzuruna qəbul edir. Qadın 9-yaşını tamamlayıb (hicri təqvimi ilə) 10-cu ilinə daxil olarkən Allah onunla danışmağa başlayır. Orucu ona vacib edir. Bu zamanda isə oğlan uşağı yeni-yetmə kimi hələ oynamaqla məşquldur.
Altı il, bu müddət onun sanki hazırlanma prosesi gedir. Dinin stunu olan namazı, qalxan olan orucu və Allah qonaqlığı və ziyafəti olan həcc səfərinin qadına kişidən daha tez vacib edilməsi onu göstərir ki, qadın fəzilətləri qəbul etməkdə kişidən daha layiqlidir. Əgər bu məntiq düzgün qeyd olunub, icra olunarsa nəticədə qadının kişidən üstün və ya ən azından ona bərabər olması məlum olacaq.

Namazın savabından bəhrələnmək
Baxmayaraq ki, qadın adət zamanı (aybaşı) bəzi ibadətlərdən məhrum olur amma onların hamısını düzəltmək mümkündür. Beləki adət zamanı bitdikdən sonra əgər orucunu tuta bilməmişdisə qəzasını yerinə yetirəcək, namazlar üçün isə həmin müddət ərzində dəstəmaz alıb öz müsəllasında (daim namaz qıldığı məkan) üzü qibləyə əyləşərək namaz miqdarında zikr deyib, namazın savabını alacaq. Necəki səfərə çıxmış şəxs namazlarını iki rəkət qılır, qılmadığı digər iki rəkətin savabını əldə etmək üçün 30 və ya 40 dəfə təsbihati-ərbəəni təkrarlayaraq o iki rəkəti bərpa etmiş olur.
Deməli bu cür fəzilətləri bərpa etmək mümkündür. Əsas məsələ budur ki, oğlan uşağı 15-yaşını (hicri-təqvimi ilə) tamamlayıb 16-yaşına girdikdə ilahi dərgaha xitab etmək ləyaqətini qazanmış olur. Bu zamandan öncə həmin ləyaqəti əldə etmiş olmur. Çünki həddi-bluğa çatmaq ubudiyyət (bəndəlik) məqamına təşrif gətirmək üçün zəminədir.
Şiənin böyük alimlərindən biri olan ibni Tavus (r) barəsində nəql edirlər ki, öz həddi-bluğa çatdığı günü bayram edib. O, 15-yaşını tamamlayıb, 16-yaşına addım atdıqda tanışlarını və dostlarını təşkil etdiyi bayrama çağırmışdı. O, bu yaşa çatıb Subhan Allahla danışmaq həddini əldə etdiyinə görə şükr əlaməti olaraq bu addımı atmışdı. Çünki insan həddi-bluğa çatmamış ilahi dərgahla danışmaq təklifindən məhrumdur. Yalnız bu həddə çatdıqda həmin ləyaqəti əldə etmiş olur.
İndi sual meydana çıxır ki, bu günü bayram etmək dini hökmlər baxımından düzgündürmü və ya sunnətdəndirmi yoxsa yox başqa bir məsələdir. Bunu yerinə yetirən şəxs bir nemətə şükr əlaməti olaraq əməl etmiş olur. Yəqin Seyyid ibni Tavus bu əməli ilə bildirmək istəyib ki, sizə verilən hər bir nemətə şükr edin və dəyərini tanıyın. Buna əsasən həddi-bluğun bir şərafət olduğu məlum olur. Seyri-sluk (irfan əhli) əhli deyirlər ki, biz muşərrəf (təşrif apardıq) olduq, nə mukəlləf (təklifə çatmaq). Çünki, bu işdə çətinlik və zəhmət yoxdur. Əksinə bu işdə şərafət var. Elə buna görə İmam Səccad (ə) munacati-zakirində (zikr əhlinin munacatı) buyurur: “Ey o Allah ki, sənin adın şərafət mənbəyidir
Əgər bir şəxs elə bir məqama yetişə ki, Allahı zikr edə və zikrin sayəsində Allahı yad eləyə və Allahda onu yad eləyə onda şərafətə nəsib olmuşdur. Və qadın kişidən 6-il öncə bu şərafətə çatır. Diqqət olunduqda görünür ki, kişi sirati mustəqimdə (düzgün yol) addım atıb irəliləməmişdən öncə qadın bu yolun böyük bir hissəsini keçmiş
olur.
Beləliklə qadın həm adət olduğu müddət ərzində yerinə yetirə bilmədiyi əməllərin əvəzini ödəyə bilir və həmçinin kişidən 6-il öncə onun məhrum olduğu üstünlükləri əldə etmiş olur. Ömrün sonlarında da seyyidə olmayan qadınlar 50-yaşından sonra adət görmürlər. Adət gördükləri müddət ərzində də ilk öncə adətləri məhdud və bir neçə gündən artıq deyil. İkincisi qadın kişidən 6-il qabaq həddi-bluğa çatıb bu yolda addım atdığından bütün nöqsanları sığortalamış olur. Beləki əgər imanında hansısa bir nöqsan olsa və bununda səbəbi ibadətdəki nöqsanlar üzündən olsa onları düzəltməsi mümkün olmaqla yanaşı həmin altı illik ibadətləri qənimət bilərsə üstün bir əzəmət də əldə etmiş olur.
Bütün bu deyilənlərdən Həzrət Əlinin (ə) Nəhcül-bəlağədə (31-ci məktub) İmam Həsən Müctəbaya (ə) xitabən buyurub qadını vəsf etməsinin sirri məlum olur: “Qadın güldür, gərək onu kişidən daha tez tərbiyə edib, təklif qarşısında qoyasan. Əks təqdirdə solacaq.” İslam dini ailə və mədrəsə başçılarına qızlara oğlanlardan daha artıq diqqət edilməsini və tərbiyəsi ilə məşqul olmaq göstərişini verir. Qızın oğlana nisbətdə 6-il qabaq təklifə çatması baş verirdə, nəticədə mədrəsə və ev başçılarının qızlara oğlanlardan daha artıq məsuliyyətləri artır. Bu təhlil nəticəsində qadının namaz, dua və munacata kişidən daha tez hazırlıq tapması məlum olur.

\"Flag
free counters


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter