İlahi rəhmətə ümidin həddi nə qədər olmalıdır?


Rağib İsfahani deyir: “Hər əta olunan şey ki, əta edənə lazım olmaz, fəzl adlanar, yəni Allahın bəndələrinə etdiyi ehsan, rəhmət Allaha lazım deyildir. Allahın əta etdiyi - lütf və kərəminə görədir və ona görə fəzl adlanır ki, çoxdur. Bəndələrin Allah yanında haqqı yoxdur”. (Tebyan)
Quranda fəzl haqqında təxminən 90 dəfə yad edilmişdir. Bəzi ayələrdə bəzən fəzl İslam mənasında işlənir və bəzən də nübuvvət və vilayət mənasında.
İlahi rəhmətin əhəmiyyəti.
1. Axirət ziyanından uzaq olma amilidir. “Əgər Allahın sizə lütf və mərhəməti olmasaydı, (sizə tövbə etməyi nəsib etməsəydi), mütləq zərər çəkənlərdən olardınız”. (“Bəqərə” 64).
2. Allahın fəzlindən istəmək. “Allahdan (bir şey istədikdə) Onun fəzlindən istəyin ki, həqiqətən Allah hər bir şeyi biləndir (hər bir kəsə onun xeyrinə olanı verir)”. (“Nisa” 32).
3. İlahi fəzlin geniş olması. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Qiyamət günü olar, Allah rəhmətini dağıdar. O yerə qədər ki, İblis ona tamah edər”.
İlahi fəzlə ümidvar olmaq.

1. Saleh əməllə bir yerdə olan ümidvarlıq. “Buna görə də kimin öz Rəbbi ilə görüşə ümidi varsa, gərək yaxşı iş görsün və ibadətdə heç kəsi öz Rəbbinə şərik qoşmasın”. (“Kəhf” 110).
2. Ümidsizlik - Allaha küfrün sərhədidir. «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).
3. İlahi rəhmətə ümidin həddi. İmam Sadiq (ə) buyurur: “Allaha ümidin olsun o yerə qədər ki, günah və itaətsizliyə görə səni ürəkləndirməsin. Allahdan qorx o yerə qədər ki, səni rəhmətindən ümidsiz etməsin”.

İmam Əli (ə) Allah qorxusunun təsirini üzündə hiss edən kişiyə nəzər salır və buyurur: “Sənə nə olmuşdur?”. Deyir: “Allahdan qorxuram”. Buyurur: “Ey Allah bəndəsi! Günahlarından qorx və İlahi ədalətə görə qorxun olsun. Allah bəndələrinin boynunda olan hüququna görə düşün. Özünü onlardan azad et. Həmçinin Allahın səni vəzifələndirdiyi və sənin itaət etmədiyin və sənə qadağan etdiklərinə görə etdiyin itaətsizlikdən qorx. Əgər belə etməmisənsə, Allahdan qorxma ki, sən vəzifənə əməl etmisən. O, heç kəsə zülm etməz. Layiq olmayana əzab verməz. Əgər istəyirsənsə ki, Allah sənə pis aqibətdən aman versin, bil ki, üz çevirdiyin hər bir yaxşı iş Allah tərəfindən olan fəzlə görədir. Əl atdığın hər bir pis işə görə cəzalanmasan, o səbəbə görədir ki, Allah sənə möhlət verər və cəzanı təxirə salar ki, özünə gələsən. Tövbə edəsən ki, nəhayət İlahi əfvə nail olasan”.
Bir nəfər İmam Sadiqə (ə) deyir: “Sizin dostlarınızdan bir dəstə günah edir və deyirlər ki, İlahi rəhmətə ümidimiz vardır”. İmam (ə) buyurur: Onlar yalan deyirlər ki, bizim dostumuzdur. Bəlkə o insanlardır ki, yersiz arzu edirlər və onu bu tərəfə və o tərəfə çəkərlər. O kəs ki, bir şeyə ümid bəsləyər - ona çatmaq üçün iş görər, o kəs ki, bir şeydən qorxar - ondan uzaq olar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter