Şeytan (lən) hansı günahları birinci varlıq olaraq etmişdir?!


Şeytan elə bir varlıqdır ki, müəyyən rəzil işlərə düçar olmuşdur ki, bu işləri ilk olaraq məhz bu məlun etmişdir və ondan əvvəl heç kəs bu rəzil işlərə düçar olmamışdır.
- Şeytan özünü Adəmlə (ə) müqayisə edən ilk kəs olmuş və demişdir: “Mən atəşdənəm, sən torpaqdansan. Atəş torpaqdan daha üstündür”.
- Şeytan Allah dərgahında ilk təkəbbür edən varlıq olmuş və Xaliqin əmrinə əməl etməmişdir.
- Allaha ilk günah edən kəs olmuşdur və aşkar şəkildə Onunla müxalifətlik etmişdir.
- Allaha etiaz edən ilk kəs olmuşdur.

- İlk yalan danışan kəs olmuşdu və demişdi: “Allah bu ağacdan yeməməyinizi ona görə demişdi ki, bu ağac cavidanlıq ağacıdır və əgər kimsə ondan yesə, əbədi sağ qalacaqdır və Allaha şərik olacaqdır”.
- Yalandan and içən ilk kəs olmuşdur və demişdir: “Mən sizə nəsihət verirəm”.
- Namaz qılan ilk kəs olmuşdur ki, bir rükəti 4 min il vaxt çəkmişdir.
- İbadət və bəndəliyi mələkləri təəccübləndirən ilk kəs olmuşdur.
- Kədər nəğməsi oxuyub ağlayan ilk kəs olmuşdur. Onu yer üzünə sürgün edən zaman kədərlə oxuyub, behişt nemətlərindən məhrum olduğu üçün ağlamışdı.
- Ğina oxuyan ilk kəs olmuşdur.

- Rəssamlıq edib üz şəkli çəkən ilk kəs olmuşdur.
- Həsəd atəşi şölələnən ilk kəs olmuşdur.
- Gözəl olmaq üçün ilk saç uzadan kəs olmuşdur - Mancanağı inşa etməyi əmr edən ilk kəs olmuşdur ki, onunla Həzrət İbrahimi (ə) atəşə ata bilsin.
- Sehr və cadu edən ilk kəs olmuşdur və onu insanlara öyrətmişdir.
- Yersiz yerə mübahisə və cədəl edən ilk kəs olmuşdur.
- İlk kəs olmuşdur ki, Allah Təala onu lənətləmişdir.
- Allaha küfr edən ilk kəs olmuşdur.

- Yalandan ağlayan ilk kəs olmuşdur.
- Öz ibadətini və xilqətini tərifləyən ilk kəs olmuşdur.
- Bütü yaradan ilk kəs olmuşdur. (Tebyan)
Daşla qovulmuş şeytandan Uca Allaha pənah aparırıq./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter