İnsan Allahı sevib-sevmədiyini necə bilə bilər?


Həzrət İsaya (ə) sual verirlər ki, ən üstün əməl hansıdır?”. Buyurur: “Allahdan razı olmaq və Onu sevmək”.

İmam Sadiq (ə) buyurur: “İlahi övliyaları və onların vilayətini sevmək vacibdir. Onların düşmənlərindən bezar olmaq da lazımlıdır”.

İmam Baqir (ə) buyurur: “Bil ki, (insanlara) yaxın olmaq – Allahdandır. (İnsanlarla) düşmən olmaq – şeytandandır”.

İmam Əli (ə) buyurur: “Məbada Allahın düşmənini sevəsən və ya Allahın dostu olmayanlar üçün dostluğunu xalis edəsən. Çünki hər kəs hansı dəstəni sevər, onlarla məhşur olar”.

İmam Sadiq (ə) buyurur: “Qəlb – Allahın hərəmidir. Ona görə də Allahdan qeyrisinə qəlbində yer vermə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.

Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”. (Tebyan)

Həzrət Peyğəmbər (s) buyurur: “İmanın hansı tutacağı daha möhkəmdir?”.
Əbuzər deyir: “Allah və Rəsulu (s) daha yaxşı bilir”.
Həzrət (s) buyurur: “Allah üçün dostluq etmək, Allah üçün düşmənçilik etmək və Allah yolunda qəzəblənmək”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter