Imam Sadiq (ə) Əhli-sünnə alimləri baxmından necə şəxsiyyət olaraq tanıtdırılır?!
İmam Sadiqin (ə) elm və fəzilətini Əhli-Sünnə də təsdiqləyir!
İmam Sadiq (ə) Əhli-Beyt (ə) İmamlarından altıncısıdır.
İslaminSesi.info- İmam Sadiq (ə) Əhli-Beyt (ə) İmamlarından altıncısıdır. İslam aləmində 5 fiqhi məktəb vardır: Cəfəri, Hənəfi, Hənbəli, Maliki və Şafii. Əhli-Beyt (ə) davamçılarına Cəfərilər də deyilir. Bu adın səbəbi 12 İmamçıların İmam Sadiq (ə) dövründə daha geniş vüsət tapmasından, fiqhi, əqidəvi, əxlaqi, həmçinin Quran təfsirlərinə aid hədislərin bu İmamdan (ə) daha çox olmasından irəli gəlir. Bunun da səbəbi budur ki, İmam Sadiqdən (ə) əvvəlki İmamlar (ə) demək olar ki, Əməvilərin təzyiqi və təqibi altında yaşayıblar. Hz. Əlinin (ə) münafiqlərlə apardığı döyüşlər və İmam Əlinin (ə) şəhadətindən sonra digər İmamların (ə) yaşadığı dövrün siyasi vəziyyəti bunu təsdiq edir.
İmam Sadiqin (ə) yaşadığı dövür Əməvi və Abbasi çəkişmələri, həmçinin Abbasilərin özlərini Peyğəmbər (s) nəslinə nisbət vermələri Əhli-Beyt (ə) sevərlərin rahat nəfəs alma dövrüdür. Ən çox tələbə yetişdirən, İslamı dini təfəkkürü bir elm şəklində təsis etməkdə ən çox fəaliyyəti olan məhz İmam Sadiqdir (ə). Bu səbəbdən bu məzhəb Cəfərilik adlanır.
İmam Sadiq (ə) Əhli-Sünnə alimlərinin dilindən:
İbni Əbdul Birr deyir: Cəfər ibn Muhəmməd (ə) Əli ibn Əbu Talibin (ə) övladıdır. O Sadiq kimi tanınan Cəfərdir (ə) . O etimad olunası kəsdir. O əmin, hikmət sahibi, aqil, çox təqvalı, fəzilət əhlindəndir. Cəfəri məzhəbi ona nisbət verilir. (Yusif ibn Abdullah. S-66)
Nəvəvi həmçinin deyir: O İmam Əbu Abdullah Cəfər ibni Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əlidir (ə). O haşimi, mədinəli və doğruçudur.
Məhəmməd ibn İshaq, Yəhya Ənsari, Maliki, İbn Cərih, Şöbə, Yəhya Əl- Qəttan və digərləri ondan (ə) hədis rəvayət ediblər və hamılıqla onun (ə) İmamətində, əzəmətində, böyüklüyündə yekdildilər. Ömər ibn Əbul- Muqəddəm deyir ki, nə vaxt Cəfər ibn Muhəmmədi (ə) görürəm, hiss edirəm ki, o peyğəmbərlər sülaləsindəndir. (Nəvəvi. Səh-155)
Şeyx Əttar “Təzkirətul-Ouliya” kitabında yazır: Cəfəru-Sadiq Allah ondan razı olsun, o ümməti Mustafanın (s) sultanı, peyğəmbərliyin dəlili, doğruçu alim, həqiqət alimi, Allah dostlarının qəlbinin meyvəsi, Peyğənbərin (s) cigər parası, Əlinin davamçısı, Peyğəmbərin (s) varisi, arif və aşiq birisidir.” (Əttar. S-10)
Həmçinin Muhəmməd Bəsti (səh-131), Siyuti (c-1. S-374), Səmərqəndi (c-1. Səh-300), Əbu Səd Samani (c-3. S-23) və bir çoh Əhli-Sünnə alimləri öz kitablarında İmam Sadidən (ə) hədislər nəql etmiş, o Həzrətin (ə) sözün mötəbər bilmişlər. Yaşar Nuriyev