Allah-Taalanın (c.c) xüsusi bəndələrinin 7 əlamətləri hansılardır?!
Əgər Qurana nəzər salsaq görərik ki, Allahın xüsusi bəndələri olanlar o kəslərdir ki, qələbə çalır və nicat tapırlar. İlahi qürb məqamına çatmaq – onların tək arzusudur. Onlar xüsusi möminlərdir ki, niyyətiləri ancaq Allahdır. Nə behişt nemətlərində gözləri vardır və nə də Allahı behiştə çatmaq üçün istəyərlər. Onların tək hədəfi – İlahi rizanı qazanmaqdır. Həyatlarının hər bir anında və hər hansı yerdə olursa-olsun, tək səyləri bunun üçün olar. Onlara bu yolda bəzi amillər yardım edir. O cümlədən:
1. Vilayəti qəbul etmək. Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) vilayətini qəbul edən möminlər qələbə çalarlar. Allah Təala Quranda buyurur: “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi İmam Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).
2. Allaha və Qiyamət gününə iman bəsləmək. Bu möminlərin qələbə çalmasının ikinci şərti – Allaha və Qiyamət gününə iman gətirməsidir. “Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən.
Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir”. (“Mücadilə” 22).
3. Allah düşməni ilə dostluq etməmək. O kəs ki, Allahın xas bəndəsidir – ancaq Allaha məhəbbət bəsləyər. Allah düşmənləri ilə dostluq etməkdən çəkinər.
“Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən”. (“Mücadilə” 22).
4. İman onların qəlblərində yəqinlik məqamına çatmışdır. “Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir”. (“Mücadilə” 22).
5. İlahi ruhları tərəqqi etmişdir. Yəni, Allah bu cür möminlərə xüsusi mənəvi həyat bəxş edər ki, imanlarının güclənməsinə səbəb olar. Onlar Allahın xüsusi feyzindən faydalanarlar.
6. Həm onlar Allahdan razıdırlar və həm də Allah onlardan razıdır. (Hədənə)
7. Həmişə haqq tərəfdarıdırlar. Onların qələbə çalmasının əsil amili odur ki, onlar həmişə haqq tərəfdarı olar və batildən qaçarlar. “Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tövhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tövhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!”. (“Ənbiya” 18). Allaha Təala cəmi möminləri Onun yolunda sabitqədəm qərar versin! /Deyerler.org/