Quran məntiqində həyanın 3 növü hansılardır?!
Əxlaq nəzəriyyəsinə görə, həyanın müxtəlif növləri və dərəcələri vardır. Onlarla tanış olaq:
1. Göz həyası. Quran əxlaqının nəzərinə görə, həyalı kişi və qadın o insandır ki, öz gözünə nəzarət etməyi bacarır. Layiqli olmayan şeylərə baxmır. Siffeyn döyüşündə məhz Əmr ibni As (lən) İmam Əlinin (ə) həyasından xəbərdar olduğu üçün paltarını soyunmağa başlayır və İmam (ə) da həyasını qoruyub, gözlərini yumur və ondan əl çəkir.
2. Bədən və geyim həyası. Allah Təala insanları məxluqların ən şəfərlisi olaraq xəlq etmişdir. Ona görə də insanın, heyvanlar kimi əndamlarını aşkarda qoymasını bəyənmir. “Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa, bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar...”. (“Nur” 31).
3. Danışmaq həyası. Danışıq həyasının da növləri və dərəcələri vardır. İnsan gərək sözlərini elə desin ki, insanları incitməsin və sözləri başqalarında mənfi təəssuratlar yaratmasın. Eyni zamanda qadınlar naməhrəmlə danışan zaman səslərini incəltməsin və qarşı tərəfi təhrik etməsin. (Tebyan)
Həmin məsələ mömin kişilərə də aiddir. İmam Əlinin (ə) cavan qadınlara salam verməsində həya etməsi bu dediklərimizə misal ola bilər./Deyerler.