Həsəd aparan insanın 3 əlaməti hansılardır?!
İmam Sadiq (ə) buyurur: “Həsəd aparan insanın üç əlaməti olar:
1. İnsanın arxasınca qeybət edər.
2. Qarşılaşan zaman yaltaqlanar.
3. Bəla və müsibət zamanı insanı məzxərə edər”. (Beytutə)
İmam Baqir (ə) buyurub: «Alov odunu yediyi kimi, paxıllıq da imanı yeyər».
İmam Sadiq (ə) buyurub: «Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki, küfrün kökü – paxıllıqdır».
İmam Əli (ə) buyurub: «Həsəd çəkən şəxs qədər məzluma daha çox oxşayan zalım görmədim. Onun canı yorğun, qəlbi narahat və qəm-qüssəsi daimidir».
Allahın Peyğəmbəri (s) buyurub: “Allah Təala Musa ibn İmrana (ə) buyurmuşdur: «Həqiqətən, paxıl olan şəxs Mənim nemətlərimdən narahat və bəndələrim üçün böldüyüm qismətə etiraz edəndir»”. -Deyerler.